Həsən Həsənov: Müasir azərbaycanlıların əcdadı zərdüştpərəst olmayıb | 1news.az | Xəbərlər
Köşə

Həsən Həsənov: Müasir azərbaycanlıların əcdadı zərdüştpərəst olmayıb

16:33 - 05 / 11 / 2019
Həsən Həsənov: Müasir azərbaycanlıların əcdadı zərdüştpərəst olmayıb

1news.az Azərbaycanın Polşadakı səfiri, görkəmli alim, diplomat Həsən Həsənovla zərdüştiliklə bağlı geniş söhbət edib.

Belə ki, Azərbaycandakı saytların birində zərdüştiliklə bağlı dərc edilən məqalədə müəllifin bu problemə bir sıra yeni yanaşmalar etməsi bir sıra oxucularda müəyyən suallar yaradıb.

Təqdim olunan müsahibə ümumi məna daşıyır: Çağdaş azərbaycanlıların əcdadları zərdüştpərəst olmayıb, lakin hər dörd hissənin öz adı var. Hər həftə oxuculara ağağıdakı ardıcıllıqda bölmələri təqdim edəcəyik:

  1. Zərdüştpərəstlər atəşə sitayiş etməyib;
  2. Zərdüştilər adı altında turan/türk xalqları nəzərdə tutulub;
  3. Zərdüştpərəstlər və türk dəyərləri köklü şəkildə bir-birindən fərqlənib;
  4. Sovet hökuməti zərdüştiliyi türk özünüdərki ilə mübarizə vasitəsi kimi istifadə edib.

***

Birinci hissə - Zərdüştilər atəşə sitayiş etməyib;

- Hörmətli Həsən bəy, azərbaycanlılar arasında əcdadlarımızın zərdüştpərəst olması ilə bağlı geniş fikirlər yayılıb. Bu haqda nə deyə bilərsiniz?

- Haqlısınız! Əgər müasir azərbaycanlılara əcdadlarının islamdan əvvəl zərdüştpərəst olması, daha çox zərdüştilik dininə sitayiş etməsini sual etsək, bir çoxları buna bəli deyə cavab verəcək. Bu insanlar məni bağışlasın, bunu dinin prinsiplərindən xəbərsiz, onların müqəddəs kitabı Avestanın məzmununun nədən bəhs etdiyini bilməyənlər belə hesab edir. Bu insanlar hətta türk əcdadlarımız, eləcə də islamdan əvvəlki dəyələrimiz barədə də kifayət qədər məlumata sahib deyillər.

- Siz dediniz ki, “daha çox zərdüştilik adlanan din”... Burada “daha çox” ifadəsi hansı mənanı kəsb edir? Nə üçün belə söylədiniz? 

- Bu dinə ibadət edənlər, sizin zərdüştilik adlandırdığınız öz dinlərini “məzda-yasna”lılar “Yasna 12, Denkart, IV, 22-23), yəni Məzdaya ibadət edənlərdir,  daha dəqiq desək, Ahura-Məzda, Zərdüşt isə bu dini yayan, Ahura-Məzda peyğəmbəri olub.

- Belə olan halda, bu dini necə adlandırmağı məsləhət görürsünüz?

- Oxucularda çaşqınlıq yaratmamaq üçün bu dini zərdüştilik adlandırmağa dava etmək olar. Bu, mümkündür. Bəzən təkallahlı dinlərdə onun öz adı ilə deyil, peyğəmbərlərinin adı ilə adlandırırlar.

- Axı çox vaxt zərdüştiləri atəşpərəst adlandırırlar. Belə adlandırmaya münasibətiniz necədir?

- Atəşpərəst adlandırılan məzda-yasnalılar qəti şəkildə atəşə ibadət etməyi təkzib edirlər. Nə üçün? Çünki qeyd etdiyim kimi, onlar üçün dünyanı yaradan əsas qüvvə Ahura-Məzdadır və ona ibadət edirlər. Ona görə də özlərni onun adı ilə məzda-yasnalılar adlandırırlar. Atəşə gəldikdə isə, od məzda-yasnalı/zərdüştilər üçün ali qüvvə sayılmır. Onlar atəşə sitayiş etmir, odu sadəcə tanrıları ilə ünsiyyət qurmaq üçün bir vasitə kimi istifadə edirlər. Böyük ehtimalla, səhv anlaşılmanın kökü zərdüştilərin üçün ənənəvi od məbədlərinin olması ilə əlaqələndirilir. Zərdüştilər bu məbədlərə atəşə sitayiş etmək üçün deyil, od vasitəsilə dualarını tanrılara çatdırmaq üçün gedirlər.

Təkrar edirəm ki, zərdüştilikdə atəş tanrı ilə ünsiyyət vasitəsi olub, sitayiş vasitəsi deyil. Hələ e.ə. V əsrdə Herodot söyləyib ki, “farslar ibadətgahlar tikmir və od yandırmır”. (Herodot, I, 132). Zərdüştiliyin məşhur tədqiqatçısı M.Boysa görə, “əhəmənilərin dövründə müqəddəs yerlər – atəş məbədlərinin olması ilə bağlı məlumatlar yoxdur”. Avestada isə “atəş məbədləri” anlayışı yoxdur. (Meri Boys, Zərdüştilik: dini inanclar və adətlər).

- Axı zərdüştilər atəş məbədlərində oda dua edirlər.

- Bu, düz deyil. Avestada zərdüştilərin odla bağlı hər hansı bir duası yoxdur. O.Braunun sözlərini sitat gətirən Meri Boys zərdüştpərst keşişin sözlərini qeyd edir: “Biz atəşi heç bir halda Allah hesab etmirik, sadəcə od vasitəsilə dua edirik”. Digər sözlərlə zərdüştilər “atəş duasını” deyil, “od vasitəsilə Allaha dua edirlər”. Zərdüştiləri ilk dəfə atəşpərəst od məbədləri  varlığını dərk etməyən və atəş qarşısında söylənən duaların məzmununu bilməyən avropalılar adlandırıblar. Zərdüştilər oda deyil, üzü atəşə tərəf dua edirlər.

Bununla yanaşı, zərdüştilər Ahura-Məzdaya dua edirlər, atəşə təcəssüm edənə deyil. Buna görə də zərdüştiləri üzü oda tərəf dua etmələrindən dolayı atəşpərəsəst adlandırırlar. Orta əsrlərin məşhur alimi Əş-Şəhrəstani “Kitab əl-milal van-n-ni-hal” (Dinlər və dini fəlsəfə haqqında) əsərində (1127-ci il) yazır: Zərdüştilər üçün od ehtiram deyil, dua yeridir (qiblədir).

Təkallahlı dinlərdə duanın söylənmə istiqaməti də mühümdür. Müsəlmanlar üzü Kəbəyə doğru dua edirlər. İsraildə yaşayan yəhudilər Ağlam Divarına doğru, İsraildə yaşamayanlar isə üzü o torpağa (Eres İsraelə) doğru dua edirlər. Provaslavlar ikonala doğru dua edirlər. Katoliklər fikirlərindən tutduqları Allah obrazına və ikona istifadə etmədən dua edirlər. Obrazlı şəkildə fikrimi ifadə etsəm, zərdüştilər üçün od yəhudilər üçün Ağlama Divarı, pravaslavlar üçün ikona, katoliklər üçün gözəgörünməz Allah, müsəlmanlar üçün Kəbə anlamını kəsb edir.

- Əgər əvvəllər zərdüştilərdə atəş məəbədləri yox idisə, nə ilə əlaqədar bunlar yaranır?

- Bu suala cavab verən Z.A.Raqozin oda sitayiş etmənin zərdüştilikdən daha çox, turanlıların dünyagörüşünə uyğun gəldiyinə diqqəti yönəldir: “Təbiət hadisələrinə ehtiram, məlum olduğu kimi, turan dünyagörüşüsünün xüsusiyyətini təşkil edir; atəşə gəldikdə isə, çox güman ki, iranlılar qərbi Xəzər torpaqlarında ibadətlərini tam güclə tapdılar”. Buradan da çıxış edərək anlamaq olur ki, regionda iranlıların və zərdüştilik dinindən əvvəl qərbi Xəzər torpaqlarında yaşayan tayfalar, yəni müasir Azərbaycanın ərazisindəki insanlar artıq atəşə sitayiş edirdilər.

Bu etnoslar bütpərəst səkkiz tanrılara ibadət edən, atəşi simvolizə edən ən ali tanrı – Tabit İlahəyə sitayiş edən “Atropatena/Adorbayqan” adlı ölkəni yaradan sak-skif türk tayfalarıdır. Qafqaz qədim yunan əsatirlərində odla əlaqələndirilirdi.

Qədim yunan müəlliflərindən Fernekid (e.ə. V əsr) yazır ki, “Zevs əjdahaya bənzər Tifana qalib gəldi və o, Qafqazda gizləndi. Və Qafqaz yandı”. Burada “Qafqaz yandı” anlayışı qədim Azərbaycan ərazilərində yanar odla əlaqələndirilir.

Bu odlardan biri günümüzə qədər yanan Yanaradağdır. Bakı ərazisində, Abşerondakı atəş məbədlərinin zərdüştiliklə əlaqəsi yoxdur, onlar türk adlarını daşıyır: Yanar dağ, Yanan taba (Xəzər dənizində yerləşən Tava-Taba – Tabit adının fonetik versiyasıdır).

Azərbaycanda təbii odun çıxması ilə bağlı xatırlatlamalar  Paniya Priskın (V əsr), Əl-İstəhri (IX-X əsrlər), Məsudinin (X əsr) əsərlərində də rast gəlinir. Beləliklə, zərdüştilərin deyil, qədim əcdadlarımızın sak-skif tayfaları turan/türklərin atəşpərəst olduğubu etiraf etməliyik. Zərdüştiliyə gəlincə, onlar turanlılardan atəşin dünyagörüşü statusunu deyil, məbəddin xarici formasını alıblar.

- Zərdüştilik dini necə yarandı və necə yayıldı?

- Zərdüşt baş tanrı Ahura-Məzdadan vəhy alır. Ahura-Məzdanın ona verdiyi ilk tapşırıq bu dini yayması olur. Zərdüşt turan qəbilələrinə, Frasyaqa müraciət edir, lakin o bu dindən imtina edirlər. (Mahmud Kaşqariyə görə, Franqrasyan, Pəhləvi qaynaqlarında Frasyaq, Firdovsinin “Şahnamə”sində Əfrasiyab – Alp Ər Tonqa – məşhur türk sərkərdədir)

Bu zaman Zərdüşt fars şahı Viştaspa müraciət etsə də, o, iki il Ahura-Məzda dinini qəbul etməkdən imtina edir. Bunu eşidən Ahura-Məzda şahın şərabına sehirli cövhər qatmağı və Viştaspa içirməyi tövsiyyə edir. Sehirli cövhəri içən şah yuxuya dalır. Müqəddəslər Viştaspın ruhunu Əhrimanın yanına gətirərək bu dinin bütün möhtəşəmliklərini göstərirlər. Yuxudan ayılan Viştasp dərhal yeni dini qəbul edir”.

- Zərdüştilik dininin mahiyyəti nədir?

- Zərdüştilik dininin əsasında dünyanı iki ali qüvvənin – Ahura-Məzda/Hörmüzd və Anqramanya/Əhrimanın idarə etdiyi dayanır. Ahura-Məzda/Hörmüzdün yaratdığı hər bir şey Xeyir, Anqramanya/Əhrimanın yaratdığı hər bir şey isə Şər adlanır. Bu qüvvələr bir-birindən asılı olmadan mövcuddur və bir-birinə zidd həyat sistemi yaradırlar.

- Problem nədədir? Axı Xeyirlə Şərin mübarizəsi bəşəriyyətin qədim mənəvi dəyərləridir.

- Pproblem burasındadır ki, zərdüştilik dinində Xeyir və Şər anlayışı ümumbəşəri xarakter daşımır, onlar fərdiləşdirilmişdir. Məhz zərdüştilik prinsiplərinə cavab verən hər şey Xeyir kimi qiymətləndirilir, eləcə də zərdüştilik prinsiplərinə cavab verməyən hər şey Şər hesab edilir. Qısacası, zərdüştiliyə görə, Ahura-Məzda başda olmaqla hər şey xeyir, Əhrimanın etdiyi hər şey isə şər hesab olunur. Hətta heyvanlar aləmi də iki hissəyə bölünüb: Ahura-Məzdanın yaratdıqları və Anqramanyanın yaratdıqlarına. Beləliklə, zərdüştiliyə görə Xeyir və Şərin mübarizəsi ümumbəşəri mənəvi dəyərlərin mübarizəsi deyil, konkret olaraq Ahura-Məzda və tərəfdarlarının Anqramanya və onun tərəfdarları ilə mübarizəsidir. (Videvdad, Fraqaqrd 1, coğrafi poema).

- Bu cür qarşıdurmanı bütün dinlər, eləcə də müasir dinlər xarakterizə etmirmi?

-  İstər çoxallahlı, istərsə də müasir dinlər də insanları onların dəyərlərini qəbul edənlərə və etməyənlərə ayırır. Lakin bu yanaşmadan fərqli olaraq Avesta qeyd edir ki, zərdüşti-iranlıların himayədarı Ahura-Məzda, zərdüştilərin rəqiblərini, yəni turanlıları isə Şər qüvvə Anqromanya himayədarlıq edib.

Gələn həftə söhbətin davamında “Zərdüştilər adı altında turan/türk xalqları nəzərdə tutulub” bölməsi barəsində söhbət edəcəyik.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1955

Sizin üçün xəbərlər

Son xəbərlər

Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22
Bütün xəbərlər