Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurublar | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurublar

09:24 - 17 / 02 / 2020
Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurublar

Azərbaycan güləşçiləri İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında 13 medal qazanıblar. Qitə birinciliyinə 28 güləşçi ilə yollanan Azərbaycan millisi ümumilikdə 13 (iki qızıl, iki gümüş və doqquz bürünc) medal qazanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yarışın sonuncu günündə beş çəki dərəcəsində (61, 74, 86, 92, 125 kq) sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Fevralın 16-da Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) komandamızın aktivinə bürünc medal yazdırıb. Bir gün əvvəl isə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc mükafata sahib olublar. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini beş medalla başa vurub.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığma komandamızın üzvlərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanaraq Avropa çempionatında tarixi uğura imza atıblar. İki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən millimiz 116 xalla komanda hesabında ikinci yeri tutub.

Qadın güləşi üzrə yığmamızın heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yerdə qərarlaşıb.

1news.az

Paylaş:
857

Son xəbərlər

ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35
Bütün xəbərlər