Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı

18:25 - 26 / 02 / 2020
Ərdoğanın Bakı səfərindən sonra Naxçıvanla sərhəd açıldı

Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib. 

Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini əvvəlcədən hər-hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlaması ölkəmizin ictimaiyyətində təəccüb doğurmuş, narahatlıq yaratmışdı. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhədin bağlanmasına dair qərarın verilməsi birmənalı qarşılanmamışdı.

Məsələ ilə əlaqədar KİV-də çoxsaylı materiallar yayımlanmışdı. Məlumatlarda Azərbaycan ictimaiyyəti Türkiyənin Naxçıvanla sərhəd keçid məntəqəsini heç bir səbəb olmadan bağlamasını xoşagəlməz hal himi qiymətləndirirdi və bu qərarın ləğv olunacağına ümid edilirdi. Azərbaycan ictimaiyyəti həm də Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı digər məsələlərlə yanaşı, sərhədin bağlanmasının da yüksək səviyyədə müzakirə olunacağını və anlaşılmazlığın aradan qaldırılacağını gözləyirdi.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Prezidentinin ölkəmizə səfəri zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etməsi və onun Prezident İlham Əliyevin bilavasitə yanında oturması da diqqətdən yayınmayıb. ,

Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan-Dilucu sərhəd məntəqəsi ilə bağlı yaranmış problemin aradan qaldırılması Azərbaycan Prezidentinin xüsusi diqqətində olub, dövlət başçıları arasında aparılan danışıqlarda bu məsələ də qaldırılıb və Azərbaycanda koronavirus aşkar olunmadığı, bununla əlaqədar müvafiq profilaktik tədbirlərin görüldüyü Türkiyə tərəfinin diqqətinə çatdırılıb. Məhz bunun nəticəsidir ki, bu gün Prezident R.T.Ərdoğanın tapşırığına əsasən, Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib.

1news.az

Paylaş:
780

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər