“Bugi-Vugi Səfiri” Bakıda konsert verəcək | 1news.az | Xəbərlər
Müsahibə

“Bugi-Vugi Səfiri” Bakıda konsert verəcək

18:10 - 05 / 01 / 2018
“Bugi-Vugi Səfiri” Bakıda konsert verəcək

Yanvarın 27-də Bakı Beynəlxalq Muğam Mərkəzində,  28-də isə Landmark otel və biznes mərkəzində məhşur isveçrəli bugi-vugi və blüz ifaçısı Silvan Zinggin təqdimatında Bugi-Vugi konserti keçiriləcək. (www.silvanzingg.com).

1news.az-a İsveçrənin Azərbaycandakı səfiliyindən verilən məlumata görə, Silvan Zingg Bugi-vugi və blüz janrında ifa edən istedadlı pianoçudur. O, Chuck Berry, Ray Charles, Kathie Webster, Sammy Price, Memphis Slim, Champion Jack Dupree, Tito Jackson və bir çox digər məşhurlarla eyni səhnədə çıxış edib. 

Tənqidçilər onun texnikasından və şən entuziazmından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təsvir edirlər. Onun ən böyük hiti olan “Dancing The Boogie” musiqisi Youtube-da 8.1 milliondan çox izlənilmişdi. Onun bu növ musiqi janrına olan ehtirası, 2002-ci ildə İsveçrədə indinin özündə də çox uğurla keçirilən Luqano Beynalxalq Bugi Vugi Festivalını təsis etməsinə səbəb oldu.

İsveçrənin Azərbaycandakı səfirliyi  Beynəlxalq Muğam Mərkəzi və The Landmark-ın birgə əməkdaşlığı ilə  Zinggin möhtəşəm və yaradıcı performasını təqdim etməkdən qürur hissi duyur. Konsertin programı çox şəndir və Bakıda Yeni il üçün çox gözəl başlanğıcdır. Zinggin canlı və pozitiv enerjisi tamaşaçıları heyran edəcək.

Bu qeyri-adi konsertdə iştirak etmək şansını əldən qaçırmayın!

Şənbə günü Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq konsert üçün biletləri Bakının bütün kassalarından və "iTicket.az" saytından asanlıqla əldə edə bilərsiniz.

Bazar günü Landmark-dakı konsertə giriş dəvətnamə ilə olacaq.

P.Sultanova

 

Paylaş:
1746

Sizin üçün xəbərlər

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər