Bakı Bulvarında sevgi dramının yeni TƏFƏRRÜATLARI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Bulvarında sevgi dramının yeni TƏFƏRRÜATLARI

14:35 - 25 / 02 / 2020
Bakı Bulvarında sevgi dramının yeni TƏFƏRRÜATLARI

Özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadə təhsil üzrə ekspert Elçin Əfəndinin tələbəsi olub.

Bunu təhsil eksperti sosial şəbəkə hesabında paylaşaraq bildirib.

“Çox pisəm. Dəhşət pisəm. 2017-ci ildə Nəzakət Rzazadə adlı tələbəm 667 balla Tibb Universitetinə qəbul olmuşdu. O balı toplaması üçün əlimdən gələni etdim onun üçün. İndi xəbər gəldi ki, özünü Xəzərə atıb və hal-hazırda meyiti tapılmır. İndicə atası ilə danışdım. Tapmırlar. Dəhşətdir”.

big.az

11.36

Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb.

25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər.

Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

publika.az

S.Xankişiyeva

 

Paylaş:
2758

Son xəbərlər

“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59
Bütün xəbərlər