Azərbaycan regional gücə çevrilir: Davos forumuna baxış – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan regional gücə çevrilir: Davos forumuna baxış – TƏHLİL

16:30 - 24 / 01 / 2020
Azərbaycan regional gücə çevrilir: Davos forumuna baxış – TƏHLİL

Hazırda dünyanın diqqəti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna yönəlib.

Forumun artıq 50-ci dəfə keçirilən iclasında 117 ölkədən 3 minədək lider, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edir. Onların arasında ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və başqa rəhbər şəxsləri, Çin Dövlət Şurasının baş nazirinin müavini Han Jenq kimi nüfuzlu şəxslər də var.

Forumda ölkəmizi hər il olduğu kimi Prezident İlham Əliyev təmsil edir. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı birbaşa Prezidentin nəzarətindədir və Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən layihələr nüfuzlu tədbirdə ən ali səviyyədə dövlət və hökumət başçılarının, nüfuzlu şirkət rəhbərlərinin diqqətinə çatdırılır. Digər tərəfdən Azərbaycanın beynəlxalq arenada artan rolu və nüfuzu elə bir səviyyəyə çatıb ki, nəhəng təşkilatlar və şirkətlər regionda regional mərkəz kimi məhz Azərbaycanı seçirlər. Davos forumunda bunun bir daha şahidi olduq.

Dünyanın nüfuzlu dövlətlərinin, o cümlədən, yüzlərlə böyük şirkətinin yüksək səviyyədə təmsil olunduğu Forumda Azərbaycan dövlət başçısı mühüm görüşlər keçirib və çıxış edib. Onun iş qrafikinin sıx olması isə Azərbaycan Prezidentinə olan hörmət və ehtiramdan xəbər verir. Digər mühüm bir məqam isə Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərdə, keçirdiyi görüşlərdə hər zaman milli maraqlardan çıxış etməsidir.

“VTB Bank” Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunu artıracaq

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Davosa gəldiyi ilk gündən – yanvarın 20-dən etibarən çoxsaylı görüşlər, danışıqlar aparıb. Belə ki, Azərbaycanın dövlət başçısının yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşdə dövlət başçımız “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib. Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlətimizin başçısını əmin edib ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Həmin gün Prezident İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə, həmçinin, “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.

Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzi yaradılacaq

Yanvarın 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Bu görüşdə Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.

Bundan başqa, həmin gün Prezident İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart və Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

“Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını, həmçinin aidiyyəti hökumət qurumları ilə şəffaflığın, hesabatlılığın və mühasibatlılığın daha da yüksək səviyyəyə qalxması üçün əməkdaşlıq etdiklərini söyləyib.

“LUKOIL” “Naxçıvan” və “Qoşadaş” yataqlarının işlənməsində maraqlıdır

V.Ələkbərovla görüşdə isə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.

İqtisadi şirkətlərlə yanaşı, həmin gün Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Pakistan İslam Respublikasının Baş naziri İmran Xan və Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçlə bir araya gəlib, ikitərəfli əlaqələr, əməkdaşlığın inkişaf persperktivlərini müzakirə edib.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus, BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Bp şirkətinin prezidenti ilə görüş zamanı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb.

Eyni zamanda, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın Baş naziri Giorgi Qaxariya və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb.

“Swiss Re” Azərbaycanda sığorta bazarının inkişafına töhfə verəcək

Prezident İlham Əliyevin Davosda “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşü zamanı V.Skotti “Swiss Re” şirkətinin Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

“Procter and Gamble Europe” də regional mərkəz kimi Bakını seçir

Dövlət başçımızın “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü də məhsuldar alınıb. Belə ki, L.Tassel rəhbəri olduğu şirkətin fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədə olduqlarını və regional mərkəz olaraq məhz Bakı şəhərini seçdiklərini diqqətə çatdırıb.

Nəzərinizə çatdıraq ki, mərkəzi ABŞ-da yerləşən “Procter and Gamble” şirkəti dünyanın ən nüfuzlu və güclü şirkətlərindən biri hesab olunur. Belə bir şirkətin regional mərkəz olaraq məhz Bakını seçməsi Azərbaycanın artan nüfuzundan xəbər verməklə yanaşı, ölkəmizin dünyanın əsas iqtisadi qovşaqlarından birinə çevrilməkdə olduğunun da göstəricisidir.

İlham Əliyevin Davosda möhtəşəm cavabı

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi  Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib və panelin moderatorunun suallarını cavablandırıb. 

Prezidentin paneldəki çıxışı və suallara verdiyi cavablarda bir sıra mühüm məsələlərə aydınlıq gətirilib və Azərbaycanın siyasi, iqtisadi prioritetləri açıqlanıb. Azərbaycan prezidenti moderatorun ilk sualına cavab olaraq milli müstəqillik mövzusuna diqqət çəkib. Aparıcının “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq İlham Əliyev, “Bakıya” deyə cavab verib və daha sonra cavabına aydınlıq gətirib.

Ölkə prezidenti Azərbaycanın qonşulara münasibətdə siyasətinin mehriban olduğunu, ancaq eyni zamanda, rəsmi Bakının milli maraqları birinci yerdə qoyduğunu qeyd edib. Prezident bu cavabında Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu, eyni zamanda, qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanan xarici siyasət apardığı, eyni zamanda, milli maraqların birinci yerdə və bütün məsələlərdən öndə olduğuna işarədir.

Prezident İlham Əliyev çıxışı zamanı müstəqillik illəri ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, hökumətin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar barədə geniş məlumat verib.

Prezident regional sabitlik faktorunun Azərbaycan üçün mühüm əhəmiyytə kəsb etdiyini qeyd edib, Azərbaycanda daxili siyasi və iqtisadi risklərin olmadığını, ancaq yerləşdiyimiz regionda təhlükəsizlik risklərinin yüksək olduğunu xatırladıb.

İlham Əliyev: Bu gərginliklər region üçün “kabus”dur

İlham Əliyev üç əsas regional riski qeyd edib. Bunlar Əfqanıstanda davam edən gərginlik, ABŞ-İran münasibətləri və nəhayət Azərbaycan-Ermənistan münaqişəsi, ərazilərimizin 20 faizinin işğal olunması faktını qeyd edib və bu üç gərginliyi region üçün “kabus” adlandırıb. 

Göründüyü kimi, Azərbaycan Prezidentinin səfəri və keçirdiyi görüşlər Azərbaycanın xarici əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəhəng şirkətlərin Azərbaycanla əməkdaşlıq qurması və investisiya yatırmaq imlanlarının genişlənməsi, Azərbaycanın regional mərkəz, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov 1news.az-a açıqlamasında bildirib ki, Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur:

“Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Son forumda Azərbaycan Prezidentinin iştirakı Azərbaycanda həyata keçirilən islahatların təqdimatı, daha geniş auditoriyanın məlumatlandırılması baxımından çox faydalı oldu. Gördük ki, Prezident həm çıxışlarında, həm də iştirak etdiyi görüşlərdə ölkə iqtisadiyyatının potensialı, ölkədə aparılan islahatlarla bağlı geniş məlumat verdi”.

Ekspertin sözlərinə görə, Davos İqtisadi Forumu Azərbaycan üçün xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir:

“Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşdü və onları işbirliyi üçün Azərbaycana dəvət etdi. Həmin şirkətlərin ölkə rəhbəri tərəfindən Azərbaycana dəvət edilməsi həm xarici investisiyanın cəlb edilməsi baxımından yeni bir imkandır, həm də həmin şirkətlər üçün Azərbaycanda öz layihələrini reallaşdırmaq və yeni investisiya qoyuluşları baxımından yaxşı bir şans kimi qiymətləndirilə bilər. Xüsusən nəzərə alsaq ki, qeyri-neft sektorunun inkişafı baxımından xarici sərmayələrin rolu vacibdir. Azərbaycanda aparılan iqtisadi siyasətin prioritetləri də ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafına daha çox xarici sərmayələri cəlb edə bilək. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər.

Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərdi ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Xüsusi qeyd olunmalıdır ki, Davos İqtisadi Forumunun Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Bu da Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha sübut edir”.

Babək Cahandarov

Paylaş:
963

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər