Türkiyədəki 16 villa ilə bağlı İş. SOCAR-ın idarə rəisinin müavini: “Şəkildəki qadın həyat yoldaşım deyil” - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyədəki 16 villa ilə bağlı İş. SOCAR-ın idarə rəisinin müavini: “Şəkildəki qadın həyat yoldaşım deyil” - FOTO

17:55 - 25 / 01 / 2016
Türkiyədəki 16 villa ilə bağlı İş. SOCAR-ın idarə rəisinin müavini: “Şəkildəki qadın həyat yoldaşım deyil” - FOTO

“Fotolarda görüntülənən qadın mənim həyat yoldaşım deyil”.

1news.az xəbər verir ki, bunu lent.az-a açıqlamasında adı Türkiyədə 16 villa alınmasında hallanan SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev deyib. O bildirib ki, “kimlərsə kampaniya aparır”.

Q.Mehdiyev “Azərbaycandan kənarda başqa eviniz varmı?” sualına “əlbəttə var, amma o yazıda qeyd edildiyi kimi deyil” deyə bildirib.

SOCAR rəsmisi son hadisələrin onun ailəsində və özündə gərgin psixoloji vəziyyət yaratdığını qeyd edib: “Məni başa düşün. Çox gərginəm, geniş danışa, çoxsaylı suallarınıza cavab verə bilmirəm”.

Xatırladaq ki, haqqın.az saytının yaydığı məlumata əsasən, Q.Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K.Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib.

K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib.

Redaksiya K.Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.

1news.az

Paylaş:
1243

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07
Bütün xəbərlər