Səfir: Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm

09:41 - 19 / 09 / 2017
Səfir: Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm

“Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində siyasi əlaqələrin dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi kimi ortaq ambisiyaya malikdir.

1news.az  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki,  nümayəndəliyin rəhbəri, səfir Kestutis Yankauskas bəyan edib.

O vurğulayıb ki, hazırda biz səylərimizi,  xüsusilə siyasi dialoq, ticarət və insanlararası təmasları genişləndirmək baxımından, münasibətlərimizə yeni keyfiyyət qatacaq və insanlarımıza nəzərəçarpacaq əlavə fayda bəxş edəcək yeni kompleks müqavilə ilə bağlı danışıqlara yönəldirik.

“Avropa İttifaqını Azərbaycanda təmsil etmək mənim üçün böyük şərəf və imtiyazdır. Ortaq maraqlara və ümumi dəyərlərə söykənərək, Aİ-Azərbaycan əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsi üçün səylərimi əsirgəməyəcəyəm. Aİ-nin Azərbaycanda təmsil olunan üzv dövlətləri ilə birlikdə, biz Cənubi Qafqazda sülh, sabitlik və tərəqqi naminə Aİ-Azərbaycan tərəfdaşlığının genişlənməsinə kömək etməyə davam edəcəyik”, səfir əlavə edib.

K. Yankauskas hər kəsi Aİ-nin Azərbaycanla münasibətləri və ölkədə həyata keçirdiyi tədbirlər barədə daha çox öyrənməyə dəvət edib:

“Aİ tərəfindən dəstəklənən bəzi layihələrin Azərbaycanda yaşayan insanların gündəlik həyat tərzini və iş vərdişlərini necə dəyişdiyini özünüz müəyyən edə bilərsiniz. Akademik mübadilə və Aİ nümayəndəliyinin dəstəklədiyi müxtəlif mədəni tədbirlər üçün maraqlı imkanlar ilə aşağıdakı səhifələrdən yaxından tanış olun Sizin Avropa.az, AvropadASAN, Erasmus Mundus Azerbaijan. Həmçinin 12-20 oktyabr tarixlərində keçiriləcək Imagine Euro Tolerance Festival çərçivəsində baş tutacaq maraqlı tədbirlərimizi qaçırmayın”.

P.Sultanova
 

 

 

Paylaş:
986

Son xəbərlər

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52
Bütün xəbərlər