Həmməruzəçilər Azərbaycana səfərlərinə dair bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Həmməruzəçilər Azərbaycana səfərlərinə dair bəyanat yayıb

14:41 - 19 / 09 / 2017
Həmməruzəçilər Azərbaycana səfərlərinə dair bəyanat yayıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan  Şennak Azərbaycana səfərlərinin yekununa dair bəyanat yayıblar.

1news.az AŞPA-nın saytına istinadən xəbər verir ki, bəyanatda həmməruzəçilər 14-16 sentyabr tarixlərində Azərbaycana fakt-araşdırıcı səfər həyata keçirdiklərini qeyd ediblər.

Onlar Prezidentin həbsxana sisteminin fəaliyyətinin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşməsi üzrə sərəncamını alqışlayıblar: 

“Biz hakimiyyət nümayəndələri ilə bu qərarın həyata keçirilməsini təmin etmək istiqamətində atılacaq növbəti addımları müzakirə etdik”.

Həmməruzəçilər Faiq Əmirlinin azadlığa çıxmasını təqdir ediblər.  Onlar “Turan” informasiya agentliyində olduqlarını, həbsdən azad edilmiş baş redaktor Mehman Əliyevlə görüşdüklərini vurğulayıblar,  agentliyə qarşı vergi sanksiyalarının aradan qaldırılmasına dair xəbərləri alqışlayıblar.

Azərbaycanın hakimiyyət orqnlarına açıq müzakirələr və davamlı dialoq üçün təşəkkür ediblər. Bakıda dövlət başçısı, Prezident Administrasiyasının rəhbəri, ədliyyə nazirinin müavini, parlamentin spikeri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri,  vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlərlər görüşdüklərini qeyd ediblər. 

Bəyanatda vurğulanıb ki, Monitorinq Komitəsinin sentyabrın 7-də qəbul etdiyi hesabat əsasında oktyabrın  11-də AŞPA-nın plenar sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” mövzusunda debat təşkil olunacaq.

P.Sultanova

Paylaş:
1144

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər