İraq türkmənlərinin lideri: Torpaqlarımızın ələ keçirilməsinə əsla yol verməyəcəyik | 1news.az | Xəbərlər
Siyasət

İraq türkmənlərinin lideri: Torpaqlarımızın ələ keçirilməsinə əsla yol verməyəcəyik

14:06 - 19 / 09 / 2017
İraq türkmənlərinin lideri: Torpaqlarımızın ələ keçirilməsinə əsla yol verməyəcəyik

İraqın Kürd muxtariyyətində referendumun keçirilməsi yeni bir təşəbbüs deyil. Referendum məsələsi daha əvvəl də dəfələrlə gündəmə gətirilib.

Bunu 1news.az-a açıqlamasında İraq türkmənlərinin lideri, Türkməneli Partiyasının sədri Riyaz Sarikahya deyib.

O bildirib ki, bütün kürdlər bu məsələdə həmfikirdir: “Bütün kürdlərin istədiyi müstəqil Kürdüstan dövlətinin qurulmasıdır. Lakin hazırda kürd partiyalarının bəziləri hesab edirlər ki, referendum keçirilib, müstəqil Kürdüstan qurulmalıdır, bir qismi isə o fikirdədir ki, indi uyğun zaman deyil, bir qədər gözləmək lazımdır. Prinsip etibari ilə hamısı referendumun tərəfdarıdır. Belə bir vəziyyət bölgə və dünya dövlətlərindən “razılıq vizası” alınana qədər davam edəcək. Ancaq ilk fürsət ələ düşən kimi, gec və ya tez referendum keçirəcəklər”.

Riyaz Sarikahya əlavə edib ki, illərdir kürd siyasətçilərinin beynində və ruhunda müstəqil Kürdüstan dövlətinin yaradılması xəyalı dolaşır:

“Bərzani referendum yolu ilə türkmən torpaqlarını və bəzi ərəb bölgələrini də öz ərazilərinə qatmaq istəyir. Xüsusilə, Kərkük, Tuz- Xurmatu və digər türkmən bölgələrini ələ keçirmək niyyətləri var.

Biz, təbii ki, buna qarşıyıq və heç bir halda buna yol verməyəcəyik. Bu məsələ ilə bağlı mövqeyimizi əvvəlcə İraq hökumətinə, daha sonra BMT-yə, ABŞ, Britaniya, Türkiyə, İran Rusiya hökumətlərinə çatdırdıq və bildirdik ki, buna qarşıyıq. Ayrıca, türkmən partiyaları da referendumu boykot etməklə bağlı qərar qəbul ediblər”.

Onun sözlərinə görə, hələ də bölgədə durum gərgindir. Hər an qarşıdurma yaşana bilər. Vəziyyət hələ bir neçə gün də belə qeyri-müəyyən qalacaq.

Türkmən partiyasının lideri bildirib ki, İran, Türkiyə, Rusiya bu referendum qarşı mövqelərini ortaya qoyub, ABŞ və bəzi Avropa ölkələri isə təxirə salınmasını istəyir.

R. Sarikahya ABŞ-ın iki tərəfli oyun nümayiş etdirdiyini düşünür: “Bir tərəfdən kürdlər indi müstəqilliyini elan edə bilməzlər deyir, amma digər tərəfdən dünyaynı yavaş-yavaş buna hazırlayır. Onların məqsədi yalnız İraqın kürd bölgəsi deyil, həm də 4-5 ölkədən torpaq alıb Böyük Kürdüstan yaratmaqdır”.

O hesab edir ki, kürdlər dünya güclərinin razılığı olmadan referendum keçirsələr belə, müstəqilliklərini elan etməyəcəklər:

“Lakin İraq içində güclü bir karta çevrilmək üçün referendumdan istifadə etmək yolunu seçiblər. Bununla da İraqdan daha çox pul və imtiyazlar qazanırlar. Kürdlər türkmənləri yox hesab etdikləri üçün, torpaqlarına göz dikirlər. Biz də bizi yox sayan, görməzdən gələn hər cür cəhdə qarşı olacağıq. Torpaqlarımız üçün lazım gələcəksə, canımızı fəda edəcəyik. Biz kürdləri öz qardaşlarımız olaraq görürük, tərəfdaş da olmaq istəyirik, amma bərabər hüquqlar əsasında. Asılı tərəfdaşlığı əsla qəbul etməyəcəyik. Ana vətənimiz Azərbaycandan da dəstək və yardım gözləyirik”.

Xatırladaq ki, İraq Konstitusiya Məhkəməsi sentyabrın 25-də kürd muxtariyyətinin müstəqilliklə bağlı keçirmək istədiyi  referendumu təxirə salıb. Buna səbəb kimi isə  “referendumun konstitusiyaya zidd olması ilə bağlı” şikayətlərin araşdırılmasını göstərib. Kürd muxtariyyətinin lideri Məsud Bərzani isə referendum qərarında israrlıdır. Bərzaninin atacağı yekun addım isə yaxın günlərdə bəlli olacaq.

Pərvanə Sultanova

 

Paylaş:
1661

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər