Mübariz Əhmədoğlu: ABŞ Ermənistanın həm enerji, həm də hərbi müstəqilliyinə çalışır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: ABŞ Ermənistanın həm enerji, həm də hərbi müstəqilliyinə çalışır

12:51 - 11 / 08 / 2017
Mübariz Əhmədoğlu: ABŞ Ermənistanın həm enerji, həm də hərbi müstəqilliyinə çalışır

ABŞ Ermənistanda yenidən aktivləşir. Aktivləşmə siyasi, iqtisadi və hərbi sahələri əhatə edir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Dediklərinə misal olaraq ABŞ-ın Ermənistandakı səfiri R.Millzin siyasi partiyalarla mütəmadi görüşdüyünü, onlara dəstək vəd verdiyini deyən politoloq bildirib ki, hətta Daşnak partiyasına hakim koalisiyadan aralanmaq təklifini verdiyi barədə məlumatlar var:

“ABŞ səfiri hakim partiyanın üzvü olan deputatlar, parlamentdə komissiya sədrləri və nazirlərlə də görüşür. ABŞ-ın əsas hədəfi Ermənistan hakimiyyətinin korrupsiyaya qarşı mübarizəsinin güclənməsidir. ABŞ bu işdə kömək etməyə hazırdır. Ermənistan investorlar üçün bərabər şərait yaratmalıdır. ABŞ səfirinin fikrincə, ikiqat vergi qoymanı aradan qaldırmaq barədə müqavilə imzalamağa hələlik ehtiyac yoxdur. Çünki iki ölkə arasında mal dövriyyəsi böyük rəqəmlərlə ifadə olunmur və eləcə də Ermənistan iqtisadiyyatının idarəçiliyi şəffaf deyil, korrupsiya güclüdür, məhkəmələr azad deyil”.

ABŞ-dakı erməni lobbi təşkilatlarının iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməklə bağlı yeni kampaniyaya başladıqlarını deyən M.Əhmədoğlunun sözlərinə görə, ikiqat verginin ləğvi əsas tələblərdən biridir:

“Ayrı-ayrı konqresmenlər Ağ Evə və Dövlət Departamentinə müraciət ediblər. Dövlət Departamenti adından bu müraciətlərə cavabı ABŞ-ın Ermənistandakı keçmiş səfiri C.Heffern göndərdi. Heffern ABŞ-ın Ermənistanla bərabər əməkdaşlıq etmək istədiyini bildirib. Onun fikrincə, ABŞ Ermənistana humanitar yardım göndərmək əvəzinə Ermənistanla ticari-iqtisadi əlaqələri inkişaf etdirmək istəyir. ABŞ-dakı erməni təşkilatları bu məsələdə həqiqətən aktivlik yarada biliblər. ABŞ-ın ticarət nümayəndəliyinin başçısının müavini Den Mulaninin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda oldu. O cümlədən Xİ naziri E.Nalbandyanla iki ölkə arasında ticari-iqtisadi əlaqələri müzakirə etdi.

Rəsmi Yerevan da bu mövzuda aktivdir. Prezident S.Sərkisyanın yanında Ermənistanla ABŞ arasında iqtisadi əlaqələr müzakirə edildi. Ermənistanın ABŞ-dakı səfiri Q. Ovannisyan cari vəziyyət barədə məlumat verdi. İki ölkə arasında iqtisadiyyat və investisiya sahəsində vəziyyət ürək açan deyil. Nəinki amerikalılar və hətta ABŞ vətəndaşı olan ermənilər Ermənistana investisiya qoymaqdan çəkinirlər. ABŞ rəsmilərinin fikrincə, ABŞ adından Ermənistana qoyulan investisiyaların miqdarının az olmasında ikiqat vergi qoymanın rolu çox azdır”.

Politoloq ABŞ-ın Ermənistanın energetika sahəsinə böyük həcmdə investisiya qoymaq istəməsinə də diqqət çəkib:

“Səfir R.Millz öz ölkəsinin Ermənistanın energetika sahəsinə 8 milyard dollar investisiya qoymaqla bağlı niyyətini bir daha açıqladı. Səfirin fikrincə, bu investisiyalar hətta nüvə energetika sahəsini də əhatə edə bilər.

Z.Bjezinski ilə söhbət etməklə populyarlaşan, ABŞ-da yaşayan milliyyətcə erməni politoloq E.Abramyanın fikrincə, Tramp administrasiyasının Ermənistan üzrə siyasətinin formalaşmasında R.Millzin investisiya təklifinə rəsmi Yerevanın münasibəti vacib rol oynayacaqdır. Onun fikrincə, ABŞ bu təkliflə Ermənistana Rusiyadan enerji asılılığının yumşaldılması metodologiyasını verib. E.Abramyanın fikrincə, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah satması ABŞ-da neqativ reaksiya yaradıb və bu neqativ reaksiya getdikcə güclənir.

Səfir R.Millz Ermənistanın müstəqil hərbi siyasət aparmasını arzuladı. ABŞ və Böyük Britaniya hərbçilərinin iştirakı ilə Ermənistanın fövqəladə hallar nazirliyi geniş təlim keçirdi. Bu təlim səfirin arzusunun reallaşması istiqamətində vacib başlanğıcdır”.

Babək Cahandarov

Paylaş:
905

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər