Hikmət Babaoğlu: Prezidentlərin Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişafının təsdiqidir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Babaoğlu: Prezidentlərin Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişafının təsdiqidir

12:07 - 22 / 07 / 2017
Hikmət Babaoğlu: Prezidentlərin Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişafının təsdiqidir

Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına səfəri və iki prezident arasında baş tutan yüksək səviyyəli görüş hazırkı mürəkkəb beynəlxalq şərtlərdə ölkələrimizin bir-biri üçün nə qədər strateji əhəmiyyətə malik olmasının göstəricisidir. Dövlət başçılarının Soçi görüşü həm də Azərbaycan və Rusiya arasında xalqlarımızın və dövlətlərimizin iradəsini əks etdirən münasibətlərin sağlam məcrada inkişafını bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, iki ölkənin strateji tərəfdaşlığa söykənən uzunmüddətli və etibarlı əməkdaşlığı Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təminatçısı kimi çıxış etməklə yanaşı, həm də regionda iqtisadi, mədəni, siyasi və humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir.

Hazırda iqtisadi-siyasi həyatımızın bütün sektorlarında ən müxtəlif səviyyələrdə ciddi inteqrativ meyillər müşahidə edilməkdədir. Eyni zamanda, Rusiya və Azərbaycan çox böyük qlobal və regional layihələrin həyata keçirilməsi istiqamətində birgə addımlar atırlar.

Bu layihələr nəqliyyat, kommunikasiya sahəsindən tutmuş enerji məsələlərinə qədər geniş bir dairəni əhatə edir. Onların reallaşması isə regionun bütün xalqlarına yeni iqtisadi perspektivlər vəd edir.

“Məhz buna və digər faktorlara görədir ki, bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədilə guya son dövrlərdə iki ölkə arasında münasibətlərin lazımi səviyyədə olmadığı barədə rəy formalaşdırmağa çalışırdılar. Belələri Rusiya-Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşanlar, onun yüksək səviyyədə olmasını istəməyən qüvvələrdir. Soçi görüşü bu cür siyasi manipulyasiyalara son qoydu. Rusiya və Azərbaycan prezidentlərinin görüşü zamanı qlobal siyasi proseslərdən başlamış, Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ probleminin həllinədək çox mühüm məsələlər dostcasına müzakirə edildi, iki ölkə arasında bundan sonra da münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Düşünürəm ki, bu görüş əslində Rusiya-Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini təsdiqləməklə, əməkdaşlığın çox böyük perspektivlərinin olmasına işarədir”,- deyə Hikmət Babaoğlu vurğulayıb.

1news.az 

Paylaş:
713

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər