ABŞ Dövlət Departamentinin rəsmisi Alxanlıda həlak olanlara başsağlığı verib – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamentinin rəsmisi Alxanlıda həlak olanlara başsağlığı verib – VİDEO

10:59 - 07 / 07 / 2017
ABŞ Dövlət Departamentinin rəsmisi Alxanlıda həlak olanlara başsağlığı verib – VİDEO

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin gərginləşməsi ilə bağlı xüsusi müraciətlə çıxış edib.

1news.az-ın ABŞ Dövlət Departamentinə istinadla verdiyi xəbərə görə, bu barədə rəsmi nümayəndənin keçirdiyi brifinqdə bildirilib:

“Amerika Birləşmiş Ştatları həmişə olduğu kimi,  münaqişə zonasında mülki şəxslərin öldürülməsinə görə narahatdır. İyulun  4-ü Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, eləcə də iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçiririk.

Təmas xətti yaxınlığında baş verən hadisə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. ATƏT-in Minsk qrupu həmsədərləri ilə yanaşı, tərəfləri danışıqlar masasına oturmağa çağırıq. Bu regionla bağlı siyasətimiz aydındır: münaqişə beynəlxalq hüquq çərçivəsində nizamlanmalıdır”.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!

Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ

S.Xankişiyeva

 

Paylaş:
1456

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər