Hikmət Hacıyev: Ermənistan məsuliyyəti üzərindən atmaq üçün saxta təbliğat aparır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan məsuliyyəti üzərindən atmaq üçün saxta təbliğat aparır

08:55 - 07 / 07 / 2017
Hikmət Hacıyev: Ermənistan məsuliyyəti üzərindən atmaq üçün saxta təbliğat aparır

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən iyulun 4-də yayılan bəyanatın ardınca ikinci bəyanat verilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bəyanatda həmsədrlər iyulun 4-də atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə ediblər:

“Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk”.

Həmsədrlər tərəflərə Cenevrə konvensiyalarına əsasən mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladırlar. “Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşmalara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatın sonunda deyilir: “Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır. Bu, regionun bütün xalqları üçün sülh, çiçəklənmə və həqiqi barışıq gətirmək üçün yeganə yoldur”.

ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci bəyanatını şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 1news.az-a bildirib ki, Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələrlə əlaqədar həmsədrlərin bu bəyanatında təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur. Belə ki, son bəyanatda iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin bu qiymətləndirməsini bölüşərək bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində azyaşlı qızcığazın və nənəsinin həlak olması və digər qadının ağır yaralanması Ermənistanın təxribatı olaraq danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb.

Aparılan araşdırmalar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki obyektlər hədəfə alınıb. Ermənistan Alxanlı kəndində mülki insanların öldürülməsinə görə məsuliyyəti öz üzərindən atmaq üçün guya kənddə atəş nöqtələrinin olması barədə saxta təbliğat aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər hərbi məntəqə olmayıb. Azərbaycanda akkreditə olunan ABŞ, Çin, Pakistan, Türkiyə, Rusiya, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşeləri və Almaniya səfirliyinin diplomatı, beynəlxalq media nümayəndələri iyulun 6-da Alxanlı kəndinə təşkil edilən səfər çərçivəsində yerindəcə bu faktın şahidi olublar.

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qoyulması, mülki və hərbi şəxslərə qarşı çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin törədilməsi, Xocalı soyqırımı, habelə 2016-cı ilin aprelində təmas xətti boyunca 32-dən artıq yaşayış məntəqəsinin ağır artilleriya atəşinə tutulması, Alxanlı kəndində törədilən son əməllər Ermənistanın Cenevrə konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri sistematik olaraq kobud şəkildə

pozmasını sübut edir. Bu baxımdan həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsinə, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durmağa dair çağırışlarını təqdir edirik.

1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırışa gəlincə qeyd etmək lazımdır ki, Ermənistan 25 ildən artıqdır atəşkəs rejimindən sui-istifadə edərək Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və qəbuledilməz olan status kvonu saxlamağa çalışır. ATƏT-in 1994-cü il Budapeşt sənədində, o cümlədən atəşkəsə aid sənədlərdə qeyd olunduğu kimi, atəşkəs münaqişənin siyasi həlli üçün şərait yaratmalı idi. Təəssüflər olsun ki, Ermənistan tərəfindən ötən müddət ərzində müxtəlif təxribat və bəhanələrlə buna imkan verilmir. Onu da qeyd etmək lazımdır ki, 1994-1995-ci illər atəşkəs haqqında sənədlərin vacib tərkib elementlərindən biri də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına dair vaxt qrafikidir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin danışıqlar yolu ilə həllinə başlıca əngəldir.

Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!

Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ

S.Xankişiyeva

 

Paylaş:
1083

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər