Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

09:19 - 05 / 07 / 2017
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

“Erməni heç vaxt bizi ölümlə qorxuda bilməz. Biz burada yaşamışıq, axıradək də yaşayacağıq, ölsək də burada öləcəyik”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu sözləri Ermənistan ordusunun ötən gecə atəşə tutduğu Füzuli rayonunun Alxanlı kənd sakinləri bildiriblər. Kənd sakinləri ötən gecəni ayaqda qarşılasalar da, orduya güvəndiklərini və düşmənin bu kimi təxribatlarından zərrə qədər də olsa, çəkinmədiklərini bildiriblər.

Kənd sakinləri Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsinin, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulmasının vəhşilik aktı olduğunu vurğulayıblar. “Bu insanlığa sığan iş deyil, müharibə şəraiti olsa belə uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil”, - deyə kənd sakini Mətləb Quliyev bildirib. 

“Erməni ordusunun bu təxribatı həmişə törətdiyi vəhşilikdir. Onlar vəhşiliklərindən heç vaxt qalmırlar. Bu insanlığa sığmayan şeydir. Körpə uşağın, dinc əhalinin belə qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz”, - deyə digər kənd sakini Qurban Quliyev vurğulayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun təxribatı nəticəsində qəlpə yarası almış və “N” saylı hərbi hospitala çatdırılmış 52 yaşlı Səlminaz Quliyevanın həyatına təhlükə davam etməkdədir.

Kəndin minaatanlardan atəşə tutulması nəticəsində həlak olmuş 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 18 aylıq nəvəsi Zəhra Quliyevanın meyitləri isə Zobucuq-5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı  və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

S.Xankişiyeva

Paylaş:
1416

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər