Ermənilər Füzuli rayonunun Alxanlı kəndini atəşə tutdu: 2 ölü, 1 yaralı var | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Füzuli rayonunun Alxanlı kəndini atəşə tutdu: 2 ölü, 1 yaralı var

22:48 - 04 / 07 / 2017
Ermənilər Füzuli rayonunun Alxanlı kəndini atəşə tutdu: 2 ölü, 1 yaralı var

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

1news.az

Paylaş:
1383

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər