MN: Azərbaycan Ordusu işğalçının istənilən təhdidinin qarşısını almağa qadirdir | 1news.az | Xəbərlər
Siyasət

MN: Azərbaycan Ordusu işğalçının istənilən təhdidinin qarşısını almağa qadirdir

14:13 - 28 / 06 / 2017
MN: Azərbaycan Ordusu işğalçının istənilən təhdidinin qarşısını almağa qadirdir

Ermənistanın müdafiə nazirinin bu sözlərini acı istehza ilə qarşılayır və bildiririk ki, heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan onun bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyildir. Azərbaycana ağır zərbə vurulması üçün buna Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan vermir.

Bu barədə Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə cavab olaraq Müdafiə Nazirliyindən 1news.az-ın sorğusuna cavabda bildirilib.

“Azərbaycan əsgəri və Ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.

İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, V.Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsa idi V.Sarkisyan daha səmimi görünərdi”, deyə Müdafiə Nazirliyindən bildirilib.

 1news.az

Paylaş:
580

Son xəbərlər

Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər