Səməd Seyidov: Avropa Şurası işğalçını öz adı ilə adlandırmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Avropa Şurası işğalçını öz adı ilə adlandırmalıdır

19:15 - 27 / 06 / 2017
Səməd Seyidov: Avropa Şurası işğalçını öz adı ilə adlandırmalıdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Şuranın daxilində olan ikili standartlar və qeyri-obyektiv yanaşma tam və açıq şəkildə müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq mən Avropa Şurasının daxilində ölkəmizə qarşı, əlaqələrimizin normal inkişafına xələl gətirmək niyyəti olan belə qərəzli yanaşmaları ifşa etdim.

Məsələn, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan AŞPA-nın bəzi üzvlərini işğal etdiyi Azərbaycan torpaqlarına dəvət edib. Onların arasında AŞPA-nın vitse-prezidenti Rene Ruke də olub. Məhz onun bu gün AŞPA-da islahatlar haqqında danışmağa nə mənəvi, nə də hüquqi haqqı var.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib: “Biz bütün bunları AŞPA üzvlərinin diqqətinə çatdırdıq. Qeyd etdik ki, Avropa Şurası ilə əməkdaşlıq etməyə hazırıq. Avropa Şurası Azərbaycanın hüquqlarının pozulduğunu açıq şəkildə müzakirə edib işğalçını öz adı ilə adlandırsa, bu təşkilatın gələcəyi var. Amma əgər ermənilərin tərəfində dayanıb qeyri-obyektiv mövqe tutacaqsa, ikili standartları müdafiə edəcəksə, bu təşkilatın gələcəyi mümkün deyil.

Nümayəndə heyəti qeyd edib ki, bugünkü sessiyada Avropa Şurasında islahatlarla bağlı ciddi məruzə müzakirə edildi. Bu islahatlar gələcəkdə Avropa Şurasının hər bir nümayəndəsinin məsuliyyətinin artırılmasını tələb edir. Biz bunun tərəfdarıyıq. Məsuliyyətin artırılması ikili standartların aradan qaldırılmasına aparmalı, işğalçı öz adı ilə adlandırılmalıdır.

Səməd Seyidov vurğulayıb ki, Avropa Şurasında gedən proseslər ölkəmizlə bu qurum arasındakı münasibətlərin normal şəkildə inkişafına zəmin yaradır. Amma Avropa Şurasının qətnamələrində əks olunmuş Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılması, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılması və Avropa Şurası tərəfindən qəbul olunmuş qətnamələrin həyata keçirilməsi kimi məsələlər öz həllini tapmalıdır. Qurumun iclaslarında bu məsələlər olduğu kimi əks etdirilməlidir. Biz məsələlərin konkret və obyektiv şəkildə müzakirə olunmasının tərəfdarıyıq. Əgər ikili standartlar yenə də baş alıb gedəcəksə biz buna qarşı çıxacağıq.

S.Xankişiyeva

Paylaş:
774

Son xəbərlər

Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08
Bütün xəbərlər