AŞPA-da qurumun sədrini vəzifədən uzaqlaşdırmağa əsas verən sənəd qəbul olunub | 1news.az | Xəbərlər
Siyasət

AŞPA-da qurumun sədrini vəzifədən uzaqlaşdırmağa əsas verən sənəd qəbul olunub

14:24 - 27 / 06 / 2017
AŞPA-da qurumun sədrini vəzifədən uzaqlaşdırmağa əsas verən sənəd qəbul olunub

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında “Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” adlı hesabat müzakirəyə çıxarılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, isveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur.

Aparılan qızğın müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək AŞPA-nın prosedurunun təşkilatın gələcəyi üçün deyil, hansısa fərdlərin cəzalandırılması məqsədilə dəyişdirilməsi cəhdini “əcinnə ovu” adlandırıb:

“Biz Azərbaycan nümayəndəsi olaraq hər zaman AŞPA daxilində islahatların aparılmasını dəstəkləmişik, əvvəllər də qurum daxilində islahatların aparılmasının, davranış kodunun zəruri olduğunu bildirmişik və indi də bunu dəstəkləməkdəyik.

Bu islahatların əsas məqsədi təşkilatımızın nüfuzunun bərpa edilməsi olmalıdır. Amma çox qəribə yanaşma var. Necə olur ki, AŞPA-nın üzvü Rene Ruke Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etdikdə, assambleyanın bəzi üzvləri Krıma getdikdə, heç kim durub buna qarşı çıxmadı, heç kim demədi ki, bəs bu addımlar təşkilatın nüfuzuna xələl gətirir və s... Amma indi birdən-birə nələrsə dəyişdi və bir çoxları başladılar təşkilatın nüfuzundan danışmağa...

Yəni, təşkilatın keçmişində də buna oxşar hadisələr olub və həmişə hansısa şəxsin qarşısının alınması üçün belə “islahatlar” aparılıb. Burada açıq deməliyik ki, qurumun daxili nizamnaməsini dəyişməklə, bunu islahatların aparılması naminə deyil, hansısa şəxsə qarşı edirik. Biz doğrudan da qurum daxilində islahatların aparılmasını istəyiriksə, o zaman təşkilatın gələcəyini və bu islahatların bütün 47 üzv ölkə tərəfindən qəbul edilməsini düşünərək hərəkət etməliyik. Amma bunun əksinə olaraq, hansısa şəxsləri cəzalandırmaq üçün dəyişiklik edilirsə, onda bunun adı “əcinnə ovu”dur.

Mən bugünkü mövzuya dair çıxış edənlərin siyahısına göz gəzdirdim, erməni nümayəndə heyətinin üzvlərinin çoxu çıxışa yazılıblar. Təbii ki, burada kiminsə ifadə azadlığına qarşı çıxmaq fikrimiz yoxdur, amma elə danışırlar ki, guya bunlar təşkilatda islahatlara can atırlar, halbuki onlar burada sırf öz şəxsi maraqlarını güdürlər”.

Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra AŞPA-nın hazırkı sessiyasında qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
823

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər