Hikmət Hacıyev: Bu kimi açıqlaması ilə çex səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Bu kimi açıqlaması ilə çex səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir

15:18 - 23 / 06 / 2017
Hikmət Hacıyev: Bu kimi açıqlaması ilə çex səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir

Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək həqiqətən bu fikirlərin Çexiyanın Ermənistandakı səfiri tərəfindən söyləndiyini araşdıracaqdır. Çexiyanın Azərbaycandakı səfiri də məsələ ilə əlaqədar XİN-nə çağırılacaqdır. 

1news.az-ın verdiyi xəbərə görə, bunu Çexiyanın Ermənistandakı səfirinin açıqlamasını şərh edərək XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Əgər həqiqətən belə fikirlər Çexiya səfiri tərəfindən deyilibsə, bu qanuna və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Əksinə bu kimi açıqlaması ilə çex səfiri cinayət tərkibi olan hüquqi məsələləri siyasiləşdirir.

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya əsaslarının pozulmasına açıq çağırışlar edən, qanunsuz kriminal rejimlə iş birliyinə girən, etnik və dini zəmində nifaq yaradan fərdlərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılır.

Onlardan biri də Avropa Parlamentinin üzvü statusundan sui-istifadə edərək erməni lobbisinin maliyyəsi ilə işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər edən və bu kimi qeyri-qanuni fəaliyyətləri həyata keçirən Çexiya vətəndaşı Yaromir Ştetinadır.

Səfirə xatırlatmaq istərdik ki, Çexiya Respublikasının Cinayət Məcəlləsinin İX və X Fəslinə və müvafiq olaraq 309, 310, 323 və 324-cü maddələrinə əsasən Çexiya dövlətinin ərazi bütövlüyü, suverenliyi, konstitusiya əsası və dövlət hakimiyyətinə qarşı fəaliyyətə görə 10 ildən 18 ilə qədər ağır cəza nəzərdə tutulur.

Yəni Yaromir Ştetina Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi bu fəaliyyəti Çexiyada etsəydi onu belə ağır cəza gözləyirdi.

Amma Yaromir Şetinanın eyni tərkibli cinayət əməllərini Azərbaycanın işğal olunmuş ərazilərində etməsinin qarşısını almaq üçün Çexiya hakimiyyət orqanları tərəfindən lazımı tədbirlər görülmür”.

S.Xankişiyeva

Paylaş:
754

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər