Tarixçilər Quba məzarlığı haqda sərəncamı böyük rəğbətlə qarşıladılar | 1news.az | Xəbərlər
Siyasət

Tarixçilər Quba məzarlığı haqda sərəncamı böyük rəğbətlə qarşıladılar

09:32 - 09 / 06 / 2017
Tarixçilər Quba məzarlığı haqda sərəncamı böyük rəğbətlə qarşıladılar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın Quba məzarlığının son durumunun müzakirəsinə həsr olunmuş iclası keçirilib.

1news.az-a AMEA-nın Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iclasda Prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam barədə institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov tarixçi-alimlərə ətraflı məlumat verib: “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam tarixçi-alimlər arasında böyük rəğbətlə qarşılanıb. Quba məzarlığı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur”.

Akademik Yaqub Mahmudov iclasda Quba məzarlığının son durumunun müzakirəsi zamanı bu sözləri deyib:

“Qubadakı “Soyqırımı memorial kompleksi” şok təsiri bağışlayır, erməni cəlladlarının bəşəriyyətə əsrlər boyu təlqin etdikləri “zavallı, genosidlərə məruz qalan xalq” obrazını darmadağın edir”.

Toplantıda bildirilib ki, “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə insan sümüklərinin çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Buna görə də sərəncama əsasən, muzey kompleksindəki cəsəd qalıqlarını qorumaq məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov rəhbərlik edir.

İnstitut direktoru çıxışında qeyd edib ki, Qubadakı abidə tarixi həqiqətləri dünyaya yaymağa kömək edir:

“Biz prinsipial olaraq öz tariximizi dünyaya qəbul etdirməliyik. Dünyanın bəzi dairələri bizi eşitmək istəmir, özlərini karlığa, korluğa vururlar. Qubadakı məzarlığı qorumaq lazımdır. Oradakı qalıqların çürüməsinin qarşısı alınmalı və sümüklər xüsusi mühitdə, şüşənin altında saxlanmalıdır”.

 “Biz, Tarix İnstitutu olaraq türk-müsəlman xalqlarına qarşı soyqırımlarına həsr olunmuş dörd konfransdan ikisini Qubada keçirmişik”, - deyə Yaqub Mahmudov sonda bildirib.

S.Xankişiyeva

Paylaş:
893

Son xəbərlər

Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34
Bütün xəbərlər