Kaliforniyanın ştat qanunvericiləri 28 May - Respublika Günü ilə bağlı qətnamə qəbul ediblər | 1news.az | Xəbərlər
Siyasət

Kaliforniyanın ştat qanunvericiləri 28 May - Respublika Günü ilə bağlı qətnamə qəbul ediblər

11:00 - 29 / 05 / 2017
Kaliforniyanın ştat qanunvericiləri 28 May - Respublika Günü ilə bağlı qətnamə qəbul ediblər

ABŞ-ın Kaliforniya Ştat Senatının üzvü, senator Cef Ston və Ştat Assambleyasının deputatı Roki Çavez tərəfindən Azərbaycanın Respublika Gününə dair qətnamə qəbul edilib.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan  1news.az-a bildiriblər ki, qanunvericilərin birgə imzası ilə qəbul edilən və Los-Ancelesdəki baş konsulluğumuza göndərilmiş bu sənəddə Azərbaycanın 1918-ci il mayın 28-də İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurduğu vurğulanır.

Qətnamədə qeyd olunur ki, həmin illərdə Azərbaycanın dövlət müstəqilliyi qısa dövrü əhatə etsə də, gender bərabərliyi, qadın və kişilərə bərabər seçki hüquqlarının verilməsi, eləcə də dini və milli azadlıqlar sahəsində böyük nailiyyətlər əldə olunub.

Sənəddə, həmçinin bolşevik işğalı nəticəsində 1920-ci ildə Azərbaycanın dövlət müstəqilliyinə son qoyulduğu vurğulanaraq, 1991-ci ildə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etdiyi ifadə olunur. Bildirilir ki, Azərbaycan keçən 26 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirərək, böyük önəm kəsb edən Xəzər regionunda ABŞ-ın etibarlı müttəfiqinə və strateji tərəfdaşına çevrilə bilib.

Vurğulanır ki, 99 ildən bəri hər il dünyanın müxtəlif ölkələrində milyonlarla, eləcə də ABŞ-da yaşayan on minlərlə azərbaycanlı 28 may tarixini qeyd edir, öz əcdadlarının vaxtı ilə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasındakı töhfələrini yad edirlər.

Sənədin sonunda hər iki qanunverici – senator C.Ston və Assambleya üzvü R.Çavez Kaliforniya ştatında yaşayan azərbaycanlıların bu ştatın ictimai zənginliyinə, mədəniyyətlərarası harmoniyasına, eləcə də əmin-amanlıq və rifahına verdiyi töhfələri yüksək qiymətləndirdiklərini bildirərək, 28 may 2017-ci il tarixini Azərbaycan Milli Günü kimi tanıdıqlarını bəyan edirlər.

1news.az

 

Paylaş:
460

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər