Türkiyədəki Azərbaycan diasporu: ÜAK-ın bağlanması qəbulolunmazdır | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədəki Azərbaycan diasporu: ÜAK-ın bağlanması qəbulolunmazdır

11:51 - 23 / 05 / 2017
Türkiyədəki Azərbaycan diasporu: ÜAK-ın bağlanması qəbulolunmazdır

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin müvafiq qərarını qınayıblar.

Bölgədə Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olduğunu və hazırda da bu münasibətlərin davam etdiyini diqqətə çatdıran diaspor nümayəndələri vurğulayır ki, Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib.

Bəyanatında daha sonra deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək yerinə azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan Ümumrusiya Azərbaycan Konqtesinin qeydiyyatının ləğvi qəbulolunmazdır.

“Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atımasını tələb edirik” – bəyanatda belə deyilir.

Mövzu ilə əlaqədar oxuyun:

Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib

Hikmət Hacıyev: ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur

Diaspora Komitəsi ÜAK-ın bağlanması ilə bağlı bəyanat verdi

S.Xankişiyeva

Paylaş:
1044

Son xəbərlər

Sabah Bakı metropoliteninin iş rejimi dəyişdiriləcəkBu gün, 10:16AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçiribBu gün, 10:10Abşeronda bir neçə evdən böyük məbləğdə valyuta və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanıldıBu gün, 10:01Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:43Bakıda mənzildən meyit tapılıbBu gün, 09:34Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildiBu gün, 09:32Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:23AMB 8 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:20Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşübBu gün, 09:09Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTOBu gün, 09:07Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:05Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:02QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09
Bütün xəbərlər