İqbal Ağazadə Eldar Mahmudovun şəxsi sözaparanı imiş – MƏNBƏ | 1news.az | Xəbərlər
Siyasət

İqbal Ağazadə Eldar Mahmudovun şəxsi sözaparanı imiş – MƏNBƏ

11:07 - 19 / 05 / 2017
İqbal Ağazadə Eldar Mahmudovun şəxsi sözaparanı imiş – MƏNBƏ

Yaxın günlərdə məlum olub ki, bir sıra siyasətçi, qeyri-hökumət təşkilatı və KİV nümayəndələri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla əməkdaşlıq ediblər.

Bu haqda ittiham Milli Təhlükəsizlik və Rabitə nazirliyinin sabiq əməkdaşılarının məhkəmə prosesi zamanı səsləndirilib. Belə ki, həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Bu məlumat yayıldıqdan sonra bir sıra siyasi xadimlərdə narahatlıq yaradıb.

MTN-ə sözaparanlarla bağlı məlumatın yayılmasının əleyihinə olanlardan biri “Ümid” müxalifət partiyasının sədri İqbal Ağazadə oldu. Onun fikrincə, “bu məlumatı ictimaiyyət üçün işıqlandırmaq olmaz”.

1news.az-dakı mənbənin fikrincə, İ.Ağazadənin narahatlığının arxasında ciddi səbəblər dayanır:

“İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumat öz təsdiqini tapır. Belə ki, bu cür məlumatın araşdırma prosesi nəticəsində sübuta yetirilməsi onu bərk narahat edir. Buna görə də hazırda o, bəyan edir ki, sabiq nazirin işində heç bir eyib yoxdur. Lakin sözaparanların adını açıqlanması lazım deyil. Bununla da o, gözlərdən pərdə asmağa çalışır”.

Xatırladaq ki, bu cür dəlillərlə Ağazadə müxalifətçi KİV-ə şərh verib.  

E.Mahmudovla əlbirliyə görə İqbal Ağazadəyə qarşı daha əvvələr də ittihamlar irəli sürülmüşdü.

Belə ki, “Müasir Müsavat” pariyasının sədir Hafiz Hacıyev müsahibələrinin birində qeyd edib ki, İ.Ağazadə tələbəlik yoldaşı MTN-nin Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevlə (araşdırma zamanı özünü həbsxanada asıb) Eldar Mahmudova çalışırdılar.

H.Hacıyevin fikrincə, məhz Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra İqbal Ağazadə də “deputat mandatından məhrum edildi”. Oxşar ittihamlarla Ağazadənin ünvanına digər müxaligətçi İbrahim İbrahimli də çıxış etmişdi.

Müsahibələrin birində İbrahimli bildirib ki, İqbal Ağazadənin dililə MTN və nazir Eldar Mahmudovun ittihamları səsləndirilib.

1news.az-dakı mənbənin sözlərinə görə, bununla bağlı ifadəsi alınanlar çoxaldıqca, Ağazadə “daha da narahat olmağa başlayır”.

Belə ki, yaxın günlərdə polisə müqavimət göstərən “13 kanal” müxalifçi internet TV-nin rəhbəri saxlanılıb. Aydınlaşıb ki, bu TV-yə İqbal Ağazadə rəhbərlik edib. Kanal əsasən antiazərbaycan materilları dərc etməklə, eləcə də mövcud hakimiyyətə qarşı etirazlar səsləməklə məşğuldur.

Kanalın icraçı direktoru Əziz Orucovun saxlanılmasına qarşı çıxanlardan biri də İqbal Ağazadədir.

1news.az-a şəhr verən kifayət qədər məlumatlı həmsöhbətlərin görə, hadisələrn bu cür axarı İqbal Ağazadəni bərk narahat edir, çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər.

1news.az

Paylaş:
5126

Son xəbərlər

Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51
Bütün xəbərlər