Sahibə Qafarova: Bu gün Azərbaycan qadınları ictimai həyatın hər sahəsində aktiv iştirak edirlər | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: Bu gün Azərbaycan qadınları ictimai həyatın hər sahəsində aktiv iştirak edirlər

16:12 - 19 / 05 / 2017
Sahibə Qafarova: Bu gün Azərbaycan qadınları ictimai həyatın hər sahəsində aktiv iştirak edirlər

“Qadınların iqtisadiyyatın müxtəlif sahələrində iştirakı, xüsusilə indiki zamanda çox əhəmiyyətlidir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu İtaliyanın Milan şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında çıxışı zamanı AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova deyib.

Xatırladaq ki, 3 gün davam edəcək müzakirələrdə Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir mübadiləsi aparılır.

Müzakirələrdə çıxış edən Sahibə Qafarova ölkəmizdə bu sahədə mövcud olan vəziyyət barədə ətraflı danışıb. AŞPA-nın komitə sədrinin sözlərinə görə, Şərqdə qadınlara ilk dəfə səs vermək hüququ XX əsrin əvvəllərində məhz ölkəmizdə verilib. Millət vəkili deyib ki, bu gün Azərbaycan qadınları ictimai həyatın hər sahəsində aktiv iştirak edir və bir çox hallarda üstünlük təşkil edirlər.

Məsələn, ümumtəhsil müəssisələrində müəllimlərin 76,6, orta ixtisas təhsili müəssisələrində 75,1, ali təhsil müəssisələrində 48,8, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumtəhsil müəssisələrində şagirdlərin 45,8, orta ixtisas təhsili müəssisələrində oxuyanların 67,4, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizini qızlar təşkil edir. Elmin inkişafında da qadınların müstəsna rolu var.

Doktorantların 50, bütün elmi işçilərin isə 53,2 faizi qadınlardır. Son 5 ildə tədqiqatlarla məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb:

“Bundan başqa, səhiyyə sahəsindəki qadınların 37%-i, təhsil sahəsində 44%-i , mədəniyyət və turizm sahəsində isə 23%-i rəhbər vəzifələrdə çalışırlar. Milli Məclisdəki üzvlərimizin 16 faizini qadınlar təşkil edir. Mən böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin bu il fevralın 21-də imzaladığı Sərəncamla Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Həmçinin Azərbaycan parlamentinin sədr müavinlərindən biri qadındır. İki nəfər Dövlət Komitəsinin sədri və Ombudsman vəzifələrində və müxtəlif nazirliklərin rəhbər orqanlarında qadınlar təmsil olunurlar. Regionlarda da idarəetmədə qadınların fəal təmsilçiliyinin şahidi oluruq və bu dinamika artmaqdadır”.

O həmçinin vurğulayıb ki, son zamanlarda siyasi və ictimai qərarların qəbulunda və iqtisadi sahədə qadınların iştirakında əhəmiyyətli artım müşahidə olunur. Hazırda iqtisadi sferada qadınların öz potensiallarını göstərməsi və onları həvəsləndirmək üçün qəbul edilən və dövlət tərəfindən həyata keçirilən tədbirlər də qeyd olunmalıdır:

“Öz şəxsi bizneslərini qurmaq üçün qadınlara kreditlər verilir və onlar müxtəlif vakansiyalara irəli çəkilirlər. Dövlət xüsusi olaraq, kənd yerlərində öz əkinçilik bizneslərini qurmaq istəyən qadınlar üçün də yardımçı tədbirləri tətbiq edib”.

Sahibə Qafarovanın fikrincə, bütün bunlar dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin uğurlu olduğunu göstərir.

Qeyd edək ki, Sahibə Qafarova "Zorakılıqdan azad qadınlar" Parlament Şəbəkəsinin iclasına da sədrlik edib. İclasda İtaliyada qadınlara qarşı zorakılıqla mübarizənın sahəsində Parlament Şəbəkəsi ilə əməkdaşlıq məsələləri, həmçinin, Avropada bu sahədə mövcud olan olan vəziyyət müzakirə olunub.

S.Xankişiyeva

Paylaş:
988

Son xəbərlər

Ağdam Sənaye Parkında görülən işlərlə tanış olunub - FOTO10 / 05 / 2024, 18:39NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib10 / 05 / 2024, 17:57Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ10 / 05 / 2024, 17:47Prezident Sus kəndində sakinlərlə görüşdü - Elektrik stansiyaların açılışını etdi10 / 05 / 2024, 17:32Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTO10 / 05 / 2024, 17:11ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO10 / 05 / 2024, 17:02Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub10 / 05 / 2024, 16:57Azərbaycan Ordusunda andiçmə mərasimləri - FOTO - VİDEO10 / 05 / 2024, 16:49Daşkəsənə dolu düşüb - Faktiki hava10 / 05 / 2024, 16:47Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz10 / 05 / 2024, 16:34“AccessBank” Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib10 / 05 / 2024, 16:28İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdü10 / 05 / 2024, 16:21PAŞA Holding-in törəmə şirkətlərindən olan Agro Dairy-nin növbəti Kənd Təsərrüfatı təlimləri keçirildi10 / 05 / 2024, 16:19İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar10 / 05 / 2024, 16:09Şuşada Şirin su hamamının bərpadan sonra açılışı oldu10 / 05 / 2024, 15:57Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib10 / 05 / 2024, 15:45Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edib10 / 05 / 2024, 15:30Ölkənin ucqar regionlarında yüksəksürətli internetə çıxış əldə edənlərin sayı açıqlanıb10 / 05 / 2024, 15:26Bərdədə qadın küçədə bıçaqlandı10 / 05 / 2024, 15:19Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTO10 / 05 / 2024, 15:08
Bütün xəbərlər