Azərbaycan və Macarıstanın XİN rəhbərləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Macarıstanın XİN rəhbərləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

13:15 - 28 / 04 / 2017
Azərbaycan və Macarıstanın XİN rəhbərləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

1news.az-ın məlumatına görə, xarici işlər naziri E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda ölkələrimiz arasındakı hazırkı intensiv münasibətlərin tarixinin orta əsrlərə gedib çıxdığını və bu münasibətlərin XV-XVII əsrlərdə Azərbaycan dövlətləri və Macar Krallığı arasında yaranmış diplomatik əlaqələr və ticarət əməkdaşlığı üzərində qurulduğunu diqqətə çatdırıb.

Nazir E.Məmmədyarov Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq münasibətləri və ən yüksək səviyyədə davam edən siyasi dialoqun bütün sahələrdə qarşılıqlı iş birliyinin daha da inkişaf etdirilməsinə əlverişli imkan yaratdığını bildirib.

2017-ci ilin aprel ayında Şərq tərəfdaşlığı və Vişeqrad qrupu ölkələrinin xarici işlər nazirlərinin Varşavada keçirilən toplantısı çərçivəsində macarıstanlı həmkarı ilə keçirdiyi görüşü məmnunluq hissi ilə xatırlayan E.Məmmədyarov belə görüşlərin münasibətlərimizin bütün istiqamətlər üzrə genişlənməsinə töhfə verdiyini qeyd edib. O həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın suverenliyi, ərazı bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasına dair Macarıstanın davamlı və prinsipial dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Macarıstanın xarici işlər və ticarət naziri P.Siyarto E.Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hazırda əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə genişlənməkdə olduğunu vurğulayıb.

P.Siyarto Azərbaycan və Macarıstanın strateji tərəfdaş və yaxın dost ölkə olduğunu bildirərək, bunun bariz nümunəsi kimi mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşləri və bu yaxınlarda Bakıda uğurla həyata keçirilən Macarıstan günlərini qeyd edib.

Nazir P.Siyarto Macarıstanın ölkələrimizin maraqlarına xidmət edən ikitərəfli əlaqələrin daha da inkişafı və şaxələndirilməsində maraqlı olduğunu vurğulayıb.

Babək Cahandarov

 

Paylaş:
528

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər