Mariya Zaxarova Azərbaycan KİV-lərinin dərc etdiyi məqalələri “ədəbsizlik” adlandırıb – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Mariya Zaxarova Azərbaycan KİV-lərinin dərc etdiyi məqalələri “ədəbsizlik” adlandırıb – VİDEO

13:02 - 28 / 04 / 2017
Mariya Zaxarova Azərbaycan KİV-lərinin dərc etdiyi məqalələri “ədəbsizlik” adlandırıb – VİDEO

Rusiyanın Xarici İşlər Nazirliyinin  (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan KİV-lərində ermənilərdə girov saxlanılan Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovun işi üzrə yazılan xəbərlərdən hiddətlənib.

Zaxarova yaman əsəbləşib

Zaxarova azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülmüş, eləcə də Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyilə bağlı verdiyi suala narazılığını bildirib. Bununla belə,  həmkarımız XİN nümayəndəsindən tutarlı cavab ala bilməyib. Bunun əvəzinə, həmkarımız özünün şəxsinə deyil, bütün Azərbaycan jurnalistikasının ünvanına söylənən tənqidləri də eşitməli olur.

Ümumilikdə, xanım Zaxarovanı Azərbaycan KİV-lərinin Rusiya XİN-in Dilqəm Əsgərovun probleminə münasibətini təndiq etməsi hiddətləndirib.

Burada xatırlatmaq yerinə düşər ki, həmyerlimizin tüleyilə bağlı xəbərləri Rusiya XİN-də “təxribat hay-küyü” adlandırıblar ki, bu da Azərbaycan ictimaiyyəti və mətbu orqarnlarında hiddət oyadıb.

“Azərbaycan KİV-lərindəki bu məqalələri oxudum. Bu, təhlil və tənqidi məqalələr deyil, sadəcə olaraq ədəbsiz materiallardır. Bundan sonra xahiş edirsiniz ki, ətraflı məlumat verək? Sözün düzü, bu cür məqalələrdən sonra heç ünsiyyət saxlamaq belə istəmirik”, – bu haqda cümə axşamı Zaxarova azərbaycan əsilli Rusiya vətəndaşının taleyilə bağlı keçirilən brifinqdə bildirib.

“Biz KİV üçün açığıq, lakin kimsə ədəbsizlik edə bilməz” – deyə o, APA-nın Moskva bürosunun müxbirinə müraciət edib.

Jurnalistin bütün Azərbaycan KİV-lərini deyil, aid olduğu agentliyi təmsil etdiyi ilə bağlı şərhinə Zaxarova bildirib ki, sözlərini digər həmkarlarına çatdırsın.

“Bu, jurnalistika işi deyil, bu, ədəbsizlikdir. Bunu başqa cür xarakterizə edə bilmərəm. İctimaiyyəti məlumatlandırmaq başqadır, iki dövlət və xalq arasında problemli məsələlərlə bağlı xoşagəlməzlikləri qıcıqlandırmaq isə tam başqadır”.

 

Fikrimizcə, hazırki vəziyyətdə iki xalq arasında xoşagəlməzliklərin qıcıqlandırılması – ritorik sualdır. Lakin hər şey sırası ilə.

Qapı arxasından danışıq

Ola bilsin ki, xanım Zaxarovanın bu cür danışıq tərzi kimlər üçünsə sürprizdir, lakin bizimçün yox. Sosial şəbəkələrdə bu diplomatın paylaşımlarını izləyən hər kəsə onun kəskin danışıq tərzi ilə yaxşı tanışdır.

Lakin qonşu ölkənin KİV-inə qarşı, özüdə Rusiya XİN-in rəsmi mətbuat konfransında təhqiramiz münasibət – artıq tamamilə başqa, diplomatik orqanların jurnalistlərlə iş məsələsində görünməmiş hadisədir.

Məlum olduğu kimi, diplomatlar həmişə ən çətin və narahat məsələləri həll etməklə şöhrət tapıblar. Məhz diplomatlar haqlı olaraq danışıqları aparan ustadlar hesab ediliblər.

Axı diplomatik etiket bütün sözləri ölçüb-biçərək, savadlı məlumat mübadiləsi aparmağı nəzərdə tutur. Məhz bunun əsasında “beynəlxalq nəzakət” dayanır. Yəni bu, hamılıqla beynəlxalq təcrübədə qəbul edilmiş etiket qaydaları, ehtiram və hörmətin cəmi deməkdir. Və həmin anda qarşında danışdığın şəxsin dövlət başçısı, həmkarın və ya jurnalist olmasının heç bir əhəmiyyəti yoxdur.

Kobud ton, dürtmə və xüsusən də təhqir – öz fikirlərini həmsöhbətinə çatdırmaq üçün yaxşı vasitə deyil. XİN-in brifinqi isə küçə hesablaşmaları üçün yer deyil. Əksinə, sakit, emosiyasız danışanda səni hər kəs eşidəcək. Bu həqiqətləri anlamamaq diplomatiyanın təməlini bilməməkdir.

Ola bilsin ki, bu cür ritorika hansısa publikaya dividentlər gətirə bilər. Lakin Rusiya ilə Azərbaycan arasında inkişafa çətin ki, təsir edə bilsin. Belə ki, xanım Zaxarovanın rəsmi şəraitdə söylədiyi hər bir bəyanat aid olduğu dövlətin mövqeyinə bərabərdir. Necə deyərlər, hər şeyin öz zamanı var.

Azərbaycan jurnalistlərinin ünvanına söylənən ağır sözləri Zaxarova öz mətbəxində dostları ilə söhbətdə söyləyə bilər. Nümunə üçün, “qəlbi və ruhu” ilə həmrəy olduğu insanlarla.

Ermənilərlə qəlbən həmrəylik

Görünür bu cür qəlbən həmrəylik onun rəsmi bəyanatlarının əsas elementidir. Yoxsa onun bu cür aqressiv ritorikasını başqa cür adlandırmaq olmaz.

Mariya Zaxarovanın ermənilərin 1915-ci il Osmanlı İmperiyasındakı hadisələrinin ildönümü ilə bağlı Facebook profilində yazdığı “ürəkparçalayan” paylaşımını xatırlatmaq istərdik:

 “Aprelin 24-ü ermənilərin soyqırım günüdür. Kimlərsə “soyqırımı” tanımır, kimlərsə həlak olanların sayını qəbul etmir. Lakin 1995-ci ildə Rusiyanın Dövlət Duması “1915-1922-ci illərdə ermənilərə qarşı onların tarixi toprağı olan – Qərbi Ermənistanda törədilmiş soyqırımla bağlı” qətnamə qəbul edib. BMT-nin binasından bir qədər aralı məsafədə erməni kilsəsi yerləşir. Oraya daxil oldum. Ermənilər harda olsalar da qəlblərimiz onlarladır”.

Bir-birinə zidd olan bu iki bəyanatı uyğunlaşdırdıqda aydın olur ki, Zaxarovanın kəskin tonu özünəməxsus danışıq tərzindən deyil, sadəcə olaraq ermənilərə birbaşa və dolayısıyla aid olan istənilən məsələdən irəli gəlir.

Onun ifadə etdiyi uydurma “Qərbi Ermənistan” temininə başqa cür bəraət qazandırmaq olmur. Belə ki, həmin topraqlar müstəqil Türkiyə Cümhuriyyətinin ərazisidir.

Materialın sonunda Rusiya XİN-in hörmətli sözçüsünə Azərbaycan ictimaiyyəti və jurnalistlərinə qarşı ifadə seçərkən çox diqqətli və imkan daxilində nəcib olmağı məsləhət görürük.

Onun anladığı dildə danışsaq – hörmətli Mariyadan çox xahiş edirik ki, bazarına diqqət etsin və bizi lazımi addımlar atmağa vadar etməsin.

1news.az

Paylaş:
3419

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər