İzmirdə Xocalı abidəsi ucaldılacaq | 1news.az | Xəbərlər
Siyasət

İzmirdə Xocalı abidəsi ucaldılacaq

18:42 - 27 / 04 / 2017
İzmirdə Xocalı abidəsi ucaldılacaq

İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri  İsa Ambarcı və İdarə heyətinin üzvləri İzmir Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Türkiyə, o cümlədən dünya ictimaiyyətinə çatdırılması, soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Soyadının Qarabağla əlaqəli olduğunu vurğulayan Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağ rəhbərlik etdiyi bələdiyyə ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılması ilə bağlı təşəbbüslərin bəyənildiyini bildirib. O qeyd edib ki, bu təklif yaxın vaxtlarda Bayraqlı Bələdiyyə Məclisinə təqdim ediləcək və 2018-ci ildə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı  tədbirlər planına salınacaq.

Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı  Hasan Karabağın bu təşəbbüsü yüksək qiymətləndirərək təşəkkürünü bildirib. İ.Ambarcı bunun iki qardaş xalqın daha da yaxınlaşmasına öz töhfəsini verəcəyini qeyd edib.

Sonda Bayraklı Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim edib.

Babək Cahandarov

Paylaş:
466

Son xəbərlər

CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15
Bütün xəbərlər