Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

18:35 - 27 / 04 / 2017
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Müdafiə naziri Zakir Həsənov aprelin 27-də Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gürelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Z. Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrimizin davamlı olduğunu vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir. Bu problemin tezliklə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həlli vacibdir.

Öz növbəsində, Y. Gürel dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
535

Son xəbərlər

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36
Bütün xəbərlər