Rasim Musabəyov: Tərəflər arasında dialoqun bərpa olunması müsbət haldır | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Tərəflər arasında dialoqun bərpa olunması müsbət haldır

17:46 - 27 / 04 / 2017
Rasim Musabəyov: Tərəflər arasında dialoqun bərpa olunması müsbət haldır

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpa olunması müsbət haldır.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov sabah Moskvada keçiriləcək Rusiya, Azərbaycan və Ermənistan  xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, danışıqlarda ən böyük gözlənti ondan ibarət olacaq ki, nazirlər görüşəndən sonra ela etsinlər ki, bu görüş yeni danışıqlar raundunun başlanğıcıdır:

“Sonrakı danışıqlar olsa, nəzərdə tutulsa xarici işlər nazirləri onların gündəliyinin müəyyən edilməsi ilə bağlı iş aparmalıdırlar. Belə olacağı halda bu özü-özlüyündə tərəflər arasında dialoqun bərpası deməkdir”.

Danışıqların nə ilə nəticələnəcəyini deməyin çətin olduğunu düşünən R.Musabəyov istənilən halda tərəflər arasında dialoqun bərpasını müsbət addım kimi dəyərləndirib:

“Rusiya hələ ki, danışıqların bərpa olunmasına çalışır. Danışıqlar baş tutacaq, ya yox, baş tutacağı təqdirdə hansısa bir nəticəyə gətirib gətirməyəcəyi naməlum olaraq qalır. Hər halda tərəflər arasında dialoqun bərpa olunması müsbət haldır. Çünki məlum olduğu kimi, ermənilər son zamanlar müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırırdılar”.

Pərvanə Sultanova

 

Paylaş:
510

Son xəbərlər

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14
Bütün xəbərlər