Qərbsayağı demokratiya: Aİ ilə Türkiyə arasında uçurum niyə dərinləşir? – ANALİZ | 1news.az | Xəbərlər
Siyasət

Qərbsayağı demokratiya: Aİ ilə Türkiyə arasında uçurum niyə dərinləşir? – ANALİZ

14:40 - 26 / 04 / 2017
Qərbsayağı demokratiya: Aİ ilə Türkiyə arasında uçurum niyə dərinləşir? – ANALİZ

Məlum olduğu kimi, dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının dünənki plenar iclasında “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi müzakirə olunub.

Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu.

Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.

Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.

Nəzərinizə çatdıraq ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

XİN: Yaranmış vəziyyət Türkiyəni AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir

Sözügedən qərarla bağlı Türkiyənin mövqeyi özünü çox gözlətmədi. Belə ki, qərarın qəbul olunmasından az sonra Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yaydı.

AŞPA-nın Türkiyəni yenidən monitorinqə cəlb etmək barədə qərarı ilə razılaşmayan rəsmi Ankara bəyanatında AŞPA-nın monitorinqi bərpa etməsini siyasi motivlərə əsaslanan ədalətsiz qərar hesab edib.

Türkiyə XİN eyni zamanda, parlamentariləri ağılla fəaliyyət göstərməyə, dünyəvi fəlakət olan terrorizmə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb. Bəyanatda vurğulanıb ki, bu addım əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir və yaranmış vəziyyət Türkiyəni AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir.

Türkiyə Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərə yenidən baxacağını da bildirib.

Ərdoğan: Aİ Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AŞPA-nın qərarına münasibəti isə daha sərt olub. “Reuters”ə müsahibə verən dövlət başçısı sözügedən qərarı tanımadıqlarını vurğulayıb:

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarı tamamilə siyasi mahiyyət daşıyır. Biz belə bir qərarı tanımırıq. İstədikləri qədər belə qərar qəbul edə bilərlər”.

Qərbi ciddi tənqid edən Türkiyə prezidenti Avropa İttifaqını Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməməkdə günahlandırıb:

“Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük üçün 54 il əvvəl müraciət edib. Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi hərəkət etməyib. Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar?! Bombalardan qaçırdılar.

Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs, Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib”.

Avropa İttifaqında hazırda dağılma prosesi ilə üz-üzə qaldığını deyən Ərdoğan hər an hər şeyin ola biləcəyini söyləyib:

“Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı qərar verilməsinin uzanması və bəzi üzv ölkələrin Türkiyəyə düşmən münasibət bəsləməsi səbəbindən Ankara məsələyə dair mövqeyini dəyişə bilər. 

Bir və ya iki ölkə Aİ-nin yaşamasını təmin edə bilməz. Onlara Türkiyə kimi başqa dini təmsil edən bir ölkə gərəkdir, bu onları xeyli gücləndirərdi. Lakin, Aİ ölkələri, görünür,  bunu dərk etmirlər. Onlar üçün Türkiyə kimi müsəlman ölkəni qəbul etmək çox çətindir”.

Qərb dairələrinin, bir sıra nüfuzlu siyasətçilərin antiTürkiyə mövqeyində olması, sərsəm açıqlamalarla çıxış etmələri də Qərbin Türkiyəyə qarşı açıq-aşkar düşmənçilik mövqeyində dayandığını göstərir. Misal olaraq Fransanın məşhur politoloqu Filip Moro Defargesin canlı yayımda Ərdoğana sui-qəsd hazırlanmasını istəməsi də dediklərimizi bir daha təsdiq edir.

Səməd Seyidov: “Avropa Şurasının gələcəyi sual altındadır”

AŞPA-nın Türkiyə ilə bağlı qərarı Azərbaycanda da ciddi narazılıq doğurub. Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, sözügedən qərarı qəbul etməklə AŞPA Türkiyənin Avropa Şurasındakı əhəmiyyətini, rolunu, çəkisini axıra kimi dərk etmədi. Təəssüf ki, Türkiyəyə qarşı işləyən qüvvələr bu gün Türkiyə-Avropa əlaqələrinə ciddi zərbə vurdular:

“Türkiyə bütün tənqidi məqamların üzərində düşünməyə və konstruktiv münasibətlər formalaşdırmağa hazır olduğunu bəyan etmişdi. Lakin AŞPA Türkiyəni postmonitorinqdən monitorinq prosesi altına yenidən saldığına görə bu qurumun Türkiyə ilə bağlı verdiyi bütün bəyanatlar faktiki, qeyri-səmimi bəyanatlar kimi qiymətləndirilə bilər. Çünki bir tərəfdən Türkiyə dialoqun aparılmasına hazır olduğunu bildirir, o biri tərəfdən isə AŞPA bu dialoqun, konstruktiv əməkdaşlığın əvəzinə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir.

Bu da o deməkdir ki, assambleyada sanksiyalar tətbiq etmək daha üstün kateqoriya kimi götürülür, nəinki əməkdaşlıq və dialoqun aparılması. Ən maraqlısı ondan ibarətdir ki, sanksiyalar nədənsə məhz sanksiyalara layiq olan ölkələrə yox, Türkiyə, Azərbaycan və yaxud Rusiya kimi ölkələrə qarşı tətbiq edilməklə, təşkilatın özünün gələcək müqəddəratını sual altında qoyur”.

Qərb güclü lideri, iqtisadiyyatı, İslam ölkəsi olan Türkiyə istəmir

Göründüyü kimi, Avropa qitəsinin ən nüfuzlu qurumlarından sayılan AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzli bir qərar olmaqla təşkilatda islamofob meyllərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını ortaya qoyur.

Təcrübə göstərir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür.

Necə olur ki, həm iqtisadi, həm də demokratik dəyərlərin bir o qədər də inkişaf etmədiyi Şəeri Avropa ölkələrinə müxtəlif güzəştlər, imtiyazlar verilir, ancaq Avropa ölkələri arasında ən sürətli iqtisadi inkişaf dövrünü yaşayan, müxtəlif sahələrdə köklü islahatlar həyata keçirən, demokratiya sahəsində ciddi irəliləyişlərə nail olan Türkiyə nəinki güzəşt və imtiyazlardan məhrum edilir, əksinə, ədalətsiz mövqe, ikili standartlarla üz-üzə qalır. Bunun bir cavabı var – Qərb Ərdoğan kimi güclü lideri olan, sürətlə inkişaf edən və İslam ölkəsi olan bir Türkiyə istəmir.

Azərbaycan Avropa Şurasına 16 illik üzvlük dövründə nə əldə edib?

Avropa təşkilatlarının tək Türkiyəyə deyil, Azərbaycana qarşı da qərəzli olması və ikili standartlardan yanaşması heç kəsə sirr deyil. Ölkəmiz hər zaman Qərblə əməkdaşlığa can atıb və bunu dəfələrlə əyani şəkildə nümayiş etdirib. Buna baxmayaraq Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər, ən əsası isə Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirdi.

Ümumiyyətlə, 2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə edib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar?

Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb.

Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib.

Dediklərimizə misal olaraq bu yaxınlarda Avropa Şurası institutlarında antiazərbaycan erməni şəbəkəsinin ifşa olunmasını göstərə bilərik.

Bundan başqa AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında AŞPA-nın baş katibi Tyorbörn Yaqlandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən sözügedən münaqişənin həlli ilə məşğul olmadığını deməsi, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu bildirməsi də təşkilatın dövlətlərə münasibətdə ikili standartlardan çıxış etdiyinin əyani sübutudur.

Avropada əsas söz sahibinə malik ölkələrdən biri olan Fransada prezidentliyə namizədlərin səsləndirdikləri bəyanatlar da onların açıq-aşkar Azərbaycana qarşı olduqlarını göstərir. Prezidentliyə namizədlərdən biri, “Milli cəbhə” partiyasının keçmiş lideri Marin Le Penin Dağlıq Qarabağ münaqişəsinin ən yaxşı həlli kimi Qarabağın Ermənistana birləşdirilməsini təklif etməsi isə xüsusi qeyd olunmalıdır.

Ümumiyyətlə, qeyd edək ki, Fransada prezident seçkiləri ərəfəsində namizədlər nüfuzlu erməni icmasının səsçoxluğunu toplamaq üçün fəal addımlar atırlar. Belə ki, daha əvvəl prezidentliyə namizədlərdən biri, ölkənin ən iri müxalifət partiyası olan “Respublikaçılar”ın nümayəndəsi  Fransua Fiyon da müsahibələrinin birində Azərbaycanı “Qarabağı güclə qoparmaqda” ittiham etmişdi. Onun sözlərinə görə, münaqişə Stalinin Qarabağı ermənilərdən alaraq Azərbaycana birləşdirməsindən sonra yaranıb.

Qarabağ mövzusundan başqa, fransız politoloqlar seçikilərdə qalib gələcəkləri təqdirdə Osmanlı imperiyası tərəfindən törədilmiş qondarma “erməni soyqırımı”nın beynəlxalq müstəvidə tanınmasına səy göstərəcəkərini də vəd edirlər.

Azərbaycan və Türkiyə Avropa təşkilatları ilə münasibətlərinə yenidən baxmalıdırlar

Dediklərimizdən belə nəticəyə gəlmək olar ki, həm Türkiyə, həm də Azərbaycan Qərb təşkilatları ilə münasibətlərinə yenidən baxmalıdırlar.

Bu gün İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?!

Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir.

Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidirlər.

Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.

Babək Cahandarov

Paylaş:
1478

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər