Jan-Mark Eyro: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir | 1news.az | Xəbərlər
Siyasət

Jan-Mark Eyro: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir

11:27 - 24 / 03 / 2017
Jan-Mark Eyro: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir

Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro hazırkı beynəlxalq vəziyyətlə bağlı çıxışından sonra jurnalistlərin suallarını cavablandırıb.

Prezident Fransua Olland bu ay Parisdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdü. Aparılan danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi. Bu gün hamıya məlumdur ki, Ermənistan 1993-cü ildən Azərbaycan ərazilərinin 20 faizini, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. Ermənistan, həmçinin Azərbaycanla birbaşa danışıqlardan imtina etməklə sülh prosesinə mane olur, hazırkı status-kvonu daha da möhkəmlətməyə çalışır. Prezident Fransua Olland rusiyalı və amerikalı həmkarları ilə birlikdə dəfələrlə status–kvonun qəbuledilməz olduğunu bəyan edib.

Münaqişə zonasında hərbi əməliyyatların başlaması üçün hər an təhlükə yaradan indiki çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün Minsk qrupunun üç həmsədr ölkəsindən biri kimi Fransa Ermənistana təsir göstərməyi və ya bu ölkəyə qarşı sanksiya qəbul etməyi nəzərdə tuturmu?

Jan-Mark Eyro suala cavabında deyib: “Biz hərbi əməliyyatların olmasını istəmirik. Rusiya və Amerika ilə birlikdə Fransa Minsk qrupuna həmsədrlik edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapsın. Əlbəttə, status-kvo bizə uyğun deyil. Mən prezident Fransua Ollandın hər iki prezidentlə görüşlərində iştirak etdim. O, Fransanın münaqişənin həlli ilə bağlı kömək göstərməyə hazır olduğunu bir daha bildirdi. Əgər tərəflər danışıqlar aparmaq və sülh imzalamaq istəsələr, Fransa konfrans təşkil etməyə hazırdır. Belə münaqişələr yalnız diplomatiya vasitəsilə həllini tapa bilər. Status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir. Fransa münaqişə həll olanadək vasitəçi rolunu davam etdirəcək.

AZƏRTAC

Paylaş:
562

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər