Milli Məclisin deputatı NATO Parlament Assambleyasının növbəti seminarında çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatı NATO Parlament Assambleyasının növbəti seminarında çıxış edib

13:36 - 24 / 03 / 2017
Milli Məclisin deputatı NATO Parlament Assambleyasının növbəti seminarında çıxış edib

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov qurumun martın 21-23-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən 94-cü Rouz-Rout seminarında iştirak edib.

Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bosniya və Herseqovina ilə NATO arasında əməkdaşlıq səviyyəsi və perspektivləri, müdafiə və təhlükəsizlik sahəsində islahatlar, Orta Şərq və Şimali Afrika, habelə Qərbi Balkan regionlarında qeyri-sabitlik, Avropa və Balkan regionlarında mövcud olan təhdidlər, terrorçuluq və radikalizm, miqrasiya axını, qaçqınlar və digər mövzular üzrə çıxışlar edilib, müzakirələr aparılıb.

Kamran Bayramov Avropa və Balkan regionlarında mövcud olan təhdidlər mövzusunda keçirilən panel müzakirələrində çıxış edərək dondurulmuş münaqişələrin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avropa üçün real təhlükə yaratdığını, bu münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən hələ də həll olunmadığını, bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qondarma “referendumun” keçirilməsinin regionda gərginliyin daha da artmasına səbəb olduğunu bildirib. Eyni zamanda, Kamran Bayramov qeyd edib ki, Ermənistanın bu təxribatçı addımı silahlı münaqişənin siyasi həllində maraqlı olmadığını aydın şəkildə göstərir və bu kimi fəaliyyətlə Ermənistan Avropanın təhlükəsizliyinə xələl gətirir.

Bundan sonra Milli Məclisin deputatı NATO Parlament Assambleyasının rəhbərliyinə müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin Avropa üçün yaratdığı təhlükənin və Ermənistanın bu cür hərəkətlərinin qiymətləndirilməsi üçün qurum tərəfindən müvafiq hesabatın hazırlanması təklifi ilə çıxış edib.

Seminarda, həmçinin Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

AZƏRTAC

Paylaş:
682

Son xəbərlər

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32
Bütün xəbərlər