Fırıldaqçı xəbərlər: Sarkisyan Kremlə məxsus qəzet vasitəsilə kimə müraciət edirdi? | 1news.az | Xəbərlər
Siyasət

Fırıldaqçı xəbərlər: Sarkisyan Kremlə məxsus qəzet vasitəsilə kimə müraciət edirdi?

15:51 - 15 / 03 / 2017
Fırıldaqçı xəbərlər: Sarkisyan Kremlə məxsus qəzet vasitəsilə kimə müraciət edirdi?

Hər dəfə Ermənistan prezidentinin növbəti uydurmalarını oxuyarkən heyrətə gəlirsən, insan nə qədər anlaşılmaz və şübhəli uydurmalara qərq ola bilər.

Hazırda söhbət Ermənistan prezidentinin Rusiyanın “İzvestiya” qəzetində dərc olunmuş sonuncu məqləsindən gedir.

“Təhlükəsizlik və sabit demokratik inkişaf” adlı məqalə parlament seçkiləri ərəfəsində seçiciyə müraciəti xatırladır. Ermənistanın hazırki vəziyyətini nəzərə alsaq, məqalənin adı “Həyəcan siqnalı və uzunsürən geriləmə” olsaydı daha uyğun gələrdi.

Məlumdur ki, tarixdə heç bir ölkənin Ermənistana qarşı hər hansı bir ərazi iddiası qeydə alınmayıb. Lakin Ermənistanın digər dövlətlərə qarşı topraq iddiasını yazsaq bir səhifə bəs etməz.

Burada Azərbaycanın atalar sözünü qeyd etmək yerinə düşər: “Oğru elə bağırdı doğrunun bağrı yarıldı”.

“Dağlıq Qarabağ xalqının fiziki cəhətdən məhv edilməsi” məsləsinə gəlincə hazırda söhbət bu regionda yaşayan azərbaycanlı əhalidən gedir ki, onlar da başda Sarkisyan olmaqla erməni quldur dəstələrləri tərfədindən qətlə yetirirlib.

Erməni prezidentinə xatırlatmaq lazımdır ki, atəşkəs haqda razılaşma imzalanmasına baxmayaraq azərbaycanlılar, eləcə də qadınlar, uşaqlar və köməksiz qocalar erməni snayperlərinin günahsız qurbanları olub. Məhz erməni sadistlər tərəfindən içərisinə partlayıcı qurğu quraşdırılmış oyuncağı çaydan çıxararkən azərbaycanlı uşaqlar həlak olub. Məhz Azərbaycan sakinlərinin evinin divarı düşmən gülləsindən dəlmə-deşik olub. 

Dağlıq Qarabağ münaqişəsinə toxunana Sarkisyan yazır:

“Bakıdakı əks-tərəfdaşlarımız nəhayət anlamalıdır ki, Ermənistan və həmsədr-ölkələr eyni dildə danışır. Xalqların öz müqqəddəratını təyin etmək nöqteyi-nəzərindən çıxış edərək qeyd edirəm ki, bu, müasir dünya quruculuğunun ayırlmaz hissədir. Məhz bu əsasda Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”.

Ondan başlayaq ki, onun Bakıda əks-tərəfdaşları yoxdur – bu ifadə daha çox həris qumarbazlara məxsusdur. Erməni prezidentinin yalançı təbiətini nəzərə alsaq o, birinci və sonuncu dəfə deyil ki, saxtakarlıq edir.

Və Bakı heç vaxt başqa xalqların öz müqəddəratını təyin etmə hüququnu inkar etməyib. Lakin erməni xalqı çoxdandır ki, öz müqəddəratını təyin edib və öz dövlətini yaradıb. Özü də ermənilər tarixi Azərbaycan torpaqlarında öz dövlətlərini qurublar.

Sarkisyanın sonuncu ifadələri Qoqolun romanındakı Manilovun xəyali arzularını xatırladır. Xüsusən də o, “ölkənin inkişafı ilə bağlı mikroiqtisadi şəraitlə” bağlı anlaşılmazlıqlardan, Ermənistanın hansısa beynəlxalq reytinq agentliyi tərəfindən “quruculuq və biznesin təşkili məsələsində liberal ölkələrdən biri” adlandırmasından və s. yazır.

Əlbəttə ki, qəzetə məqaləni hazırlayarkən bəlli idi ki, bu, Rusiya siyasi rəhbərinin masasına aparılacaq. Buna görə də Sarkisyan rus rəhbərliyini sadiq hisslərlə əmin edərək Ermənistan-Rusiya əməkdaşlığına, Rusiyanı “Ermənistanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından, əsas investorlarından” biri adlanadıraraq daha geniş əməkdaşlıq potensialına işarə edir.

Əlbəttə ki, bu işarə etmələr aydındır. Ola bilsin ki, Ermənistan prezidenti yaxın zamalarda Rusiyanın nüfuzlu araşdırma mərkəzlərinin Ermənistanmda keçiriləcək seçkilərlə bağlı apardıqları sosial sorğulardan ciddi narahatdır. Bu sorğulara əsasən hakim partiyanın, eləcə də şəxsən Sakisyanın reytinqi sarsılıb.

Azərbaycanlı politoloq Tofiq Abbasov əmindir ki, Sarkisyanın son hərəkətlərinin arxasında dövlət maraqları deyil, şəxsi istəkləri dayanır:

“Əgər Sarkisyan etimada uyğun olaraq hərəkət edirsə, o zaman nə üçün etdiyi hərəkətlərindən dolayı Moskvanı inandırmalıdır? Belə çıxır ki, onun əməlləri ilə hərəkətləri arasında ziddiyyətlər var.

Diqqət edin: son zamanalar Sarkisyan gah Brüsseldə, gah da Parisdə səfəri zamanı Rusiyanı Azərbaycanı silahla təchiz etməkdə günahlandırıb.

Beləliklə, Sarkisyan vassal olaraq öz sahibinə qarşı açıq şəkildə çıxış edə bilmir. Buna görə də Rusiya tərəfinin fəaliyyətinə Qarabağ problemindən dolayı narazılığını bildirir.

Digər tərəfədən də o, sözdə Moskvanı sadiq mütəffiq olmaqda əmin edərək, paralel olaraq NATO ilə əməkdaşlığını genişləndirir. Eləcə də Aİ ilə əlaqəli razılaşmanın imzalanmasının ideyasını daşıyır.

Yəni Sarkisyanın sözləri ilə əməlləri bir-birinə əksdir: bir tərəfdən o, Moskvanı əmin edir ki, “o hansı əhəmiyyət kəsb edirdisə, indidə belədir”, digər tərəfdən də Qərb istiqamətində sakitcə hərəkət edir. Çünki yaxşı bilir ki, ölkənin daxilində sabiq nazirlər ­– “Ohanyan-Ovanisyan-Oskanyan” başda olmaqla qərbyönümlü blok formalaşmağa başlayır.

Bu blok həm perspektivlidir, həm də görkəmlidir. Belə ki, onun tərkibinə iki sabiq xarici işlər nazirləri daxildir.

Bundan əlavə, ölkədə böyük əksəriyyət əhalinin siyasi kurs münasibətindən dolayı etiraz ab-havası günbəgün artmaqdadır. Buna görə də, bu ab-havanın qarşısını almaq və sosial boşluqları doldurmaq baxımından Sarkisyan qərbyönümlü kursu aktivləşdirməklə bu bloku ötməyə çalışır.

Hazırda Sarkisyan öz maraqlarından çıxış edərək heç kəsə güzəşt etməyərək seçkilərdən sonra ilkin mövqedə qalmaq istəyir.  Öz tərəfindən də Moskva son zamanlar Sarkisyanın bir söz deyib, digər hərəkət etməsini çox yaxşı bilir.

Göründüyü kimi separatçılıq Sarkisyanın şəxsi kredosuna çevrilib. Belə ki, əvvəllər o, Qarabağ separatçısı adı altında qeyd edilirdisə, indi isə əsas geosiyasi meydanda şəxsi separatçılığını fəallaşdıraraq xarici qüvvələrin dəstəyini təmin etmək istəyir. Beləliklə Sarkisyan həm hakimiyyəti, həm də Rusiyaya xəyanət etməməyi saxlamağa çalışır. 

Buna görə də düşünürəm ki, Rusiyanın siyasi dairələrində Sarkisyan siyasətinə qarşı münasibət ciddi dəyişib. Onlar bu insanın etibarsız müttəfiqə çevrildiyini, istənilən an Moskva üçün xoşagəlməz hərəkət edə biləcəyini, bununlada illərdir onu qoruyan, çörək verən və hərbi-siyasi cəhətdən güc verən ölkəni məyus edəcəyini yaxşı bilirlər.

Buna görə də Sarkisyan şimal qonşusu tərəfindən gələcək təhlükəni hiss edərək onu sadiqliyinə inandırmağa çalışır. Sanki o deyir:

“Heç nə dəyişməyib. Mən əvvəlki kimiyəm. Mənə görə narahat olmayın. Başlıca mövqelərinizi saxlayın. Onsuz da Rusiyanın maraqlarından çıxış edəcəyəm”.

Mosvkanın Sarkisyana güvənəcəyi məsələsi  – böyük sual altındadır. Lakin Rusiyanın araşdırma qururmları tərfindən aparılan sorğunu nəzərə alsaq – ona Kremldən göndərilən ismarışlar ürəkaçan deyil.

Məhz buna görə də, erməni prezidenti öz seçicilərinə deyil, qonşu ölkədəki siyasi rəhbərliyə müraciət edir. Böyük ehtimalla bu məqalə bu gün Sarkisyanın Moskvaya səfərindən öncə yoxlanış xarakterlidir.

Erməni liderinin nəhəng Kreml kabinetlərində hansı razılığa gələcəyini zaman göstərəcək.

Seçkilərə isə çox az zaman qalıb.

1news.az

Paylaş:
2046

Son xəbərlər

Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00
Bütün xəbərlər