The News: “Ermənistanın Xocalı qətliamına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

The News: “Ermənistanın Xocalı qətliamına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır”

13:16 - 26 / 02 / 2017
The News: “Ermənistanın Xocalı qətliamına görə cavab verməsi üçün dünya ictimaiyyəti qətiyyətli mövqe tutmalıdır”

Meksikanın paytaxtı Mexiko şəhərinin ən nüfuzlu ingilis dilli mətbu orqanı olan “The News” qəzetində baş redaktor Tereza Marqolisin Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş məqaləsi dərc olunub.

1news.az Azərtac-a istinadən xəbər verir ki, müəllif “Qətliamı xatırlayaraq” sərlövhəli məqaləsində Xocalı qətliamını yaxın tarixin ən fəlakətli və faciəvi hadisəsi adlandırır.

Təəssüflə qeyd edir ki, Xocalı adlanan bütöv bir şəhərin və onun günahsız sakinlərinin bir gecənin içində yer üzündən silinərək məhv edilməsinin Azərbaycan xalqı üçün daim yadda qalan dəhşətli xatirə olduğu bir zamanda müasir tarixi əsər və nəşrlərdə bu faciəyə lazımlı diqqət ayrılmır.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini tamamilə məhv etdikləri, yüzlərlə günahsız insanı, o cümlədən uşaq, yaşlı və qadınların qəddarcasına qətlə yetirildiyi, minlərlə həmvətənlərimizin girov götürüldüyü qeyd olunur. 56 nəfərin xüsusi qəddarlıqla öldürüldüyündən və burada törədilmiş digər misli görünməmiş vəhşiliklərdən bəhs edilir.

Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş bu cinayətlər bütün bəşəriyyətə qarşı yönəlib. Belə ki, Erməni silahlı qüvvələrinin yeganə məqsədi bu şəhərin və onun əhalisinin yer üzündən silinməsi olub.

Müəllif Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirdiyini qeyd edərək, həmin tədbirə Meksika mətbuatı və yerli insan hüquqları qrupları tərəfindən lazımı qədər diqqət ayrılmadığından narazılığını bildirir.

Məqalədə Ermənistanın Xocalı qətliamına görə cavab verməsinə nail olmaq üçün dünya ictimaiyyətinin qətiyyətli mövqe tutmalı olduğu vurğulanır.

Sonda beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və oradan qovulmuş bir milyondan çox azərbaycanlının doğma yurdlarına qaytarılması barədə tələblərinə və beynəlxalq hüquq normalarına Ermənistanın məhəl qoymadığı bildirilir.

1news.az

Paylaş:
406

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər