Türkiyə səfiri: “Bizi soyqırımda ittiham edənlər Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar” | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə səfiri: “Bizi soyqırımda ittiham edənlər Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar”

13:59 - 25 / 02 / 2017
Türkiyə səfiri: “Bizi soyqırımda ittiham edənlər Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar”

“Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar”.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin) çap olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimi zamanı deyib.

Onun sözlərinə görə, 1980-ci illərin sonunda Türkiyə Azərbaycanla bağlı xəbərləri ermənilərin Dağlıq Qarabağda törətdiyi cinayətlərlə birlikdə eşidib:

“Lakin bunlar tək həmin vaxtlar yox, 1905, 1920, 1948, 1953-cü illərdə də baş verib. Bu bütün türkləri hədəfə alan, "böyük" Ermənistan qurmaq siyasətinin bir parçasıdır. Xarici qüvvələr bizləri hər zaman zəiflətməyə çalışıblar. Bunun ən pis nümunəsini isə 25 il əvvəl Xocalıda gördük. Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar. Lakin hər şeyi bütün dünya görüb. Dünya ictimaiyyətinin bunları görməzdən gəlməməsi üçün hər şey edilib. Lakin Xocalı faciəsinin səbəbkarları hələ də azadlıqda, aramızda dolaşır, nazir səviyyəsinə yüksələrək Ermənistanda vəzifə daşıyır”.

1news.az

Paylaş:
432

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər