ABŞ-ın “The Daily Caller” qəzetində Ermənistanın işğalçılıq siyasəti barədə məqalə dərc edilib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın “The Daily Caller” qəzetində Ermənistanın işğalçılıq siyasəti barədə məqalə dərc edilib

13:08 - 25 / 02 / 2017
ABŞ-ın “The Daily Caller” qəzetində Ermənistanın işğalçılıq siyasəti barədə məqalə dərc edilib

Amerikada çıxan “The Daily Caller” qəzetində avstraliyalı siyasi icmalçı, Yaxın Şərqdə, Avrasiyada və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan Castin Emlerin “Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil” sərlövhəli məqaləsi dərc edilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, materialda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan qoşularının təmas xəttində gərginliyin artması barədə söhbət gedir.

Ermənistanı vassal dövlət adlandıran müəllif vurğulayır ki, Ermənistanın xarici siyasəti kənardan idarə edilir, hətta bu ölkənin sərhədlərini də ermənilər özləri qorumur. Azərbaycan isə Ermənistandan fərqli olaraq, Qərbin strateji tərəfdaşıdır və enerji layihələri, o cümlədən “Bakı-Tbilisi-Ceyhan” boru kəməri vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.

Müəllif keçən ilin dekabr ayında erməni tərəfinin təhrikçiliyi və erməni hərbçiləri tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması faktına toxunaraq yazır ki, Ermənistan hərbi bölmələrinə lazımi qaydada cavab verilib. O qeyd edir ki, Ermənistan həmin hadisələr zamanı qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədini 2017-ci ilin fevral ayına qədər saxlayıb, yalnız Avropa Şurası və ATƏT-in Minsk qrupu tərəfindən bu məsələyə müdaxilə ediləndən sonra həmin əsgərin cəsədi Azərbaycana verilib.

C.Emler yazır ki, Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozması faktları bir sıra beynəlxalq təşkilatlar tərəfindən etiraf edilib. Ekspert işğalçı erməni qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ regionundan və Dağlıq Qarabağa bitişik rayonlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladaraq vurğulayır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

C.Emler Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olmasını vurğulayaraq yazır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi bir sıra problemlərin, o cümlədən iqtisadi problemlərin həllinə şərait yaradar və bu, Ermənistanın özünün də xeyrinə olar.

1news.az

Paylaş:
490

Son xəbərlər

AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40
Bütün xəbərlər