Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

21:43 - 24 / 02 / 2017
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, qurultayda AAK prezidenti Samira Patzer-İsmailovanın ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinləniləcək. Daha sonra digər Qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında duran vəzifələrin icrasına qiymət verəcəklər. Qurultayda AAK-ın rəhbər orqanlarına seçkilər keçiriləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının Qətnaməsi qəbul ediləcək.

Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması, AAK-a yeni üzv-təşkilatların qəbulu da planlaşdırılır.

AAK-ın V Qurultayında əksəriyyəti Niderland, Almaniya, İsveç, Rusiyadan olmaqla Avropanın 27 ölkəsindən 91 nümayəndənin iştirakı nəzərdə tutulub. Qurultayda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin, Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, xarici ölkə deputatlarının, o cümlədən Niderland Krallığının parlament üzvlərinin, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin, digər xalqların diaspor təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir.

Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, siyasi və ictimai xadimlərdir. 

Qeyd edək ki, AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Avropa Azərbaycanlıları Konqresində Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.

1news.az

 

Paylaş:
584

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər