Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Siyasət

Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərib

17:23 - 22 / 02 / 2017
Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərib

Milli Məclisin sədri Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məktubda deyilir:         

“Hörmətli Mehriban xanım,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!

Dövlətimizin başçısı cənab İlham Əliyevin bu qərarı xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə qarşılanıb. Çünki Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyiniz dəyərli işlər, geniş ictimai və xeyriyyəçilik fəaliyyətiniz, səmimiliyiniz, sadəliyiniz, əhalinin qayğılarına həssas münasibətiniz Sizə insanların dərin inamını, hörmət və məhəbbətini qazandırıb.

Biz bu cür yüksək dövləti vəzifədə öz həmkarımızı görməkdən sonsuz qürur hissi keçiririk. Parlamentin fəaliyyətinə Sizin verdiyiniz töhfələr, xüsusən qanunvericilik təşəbbüsü hüququnuzdan səmərəli istifadə edərək on minlərlə insanı yenidən azadlığa qovuşdurmağınız Milli Məclisin tarixində və xalqımızın yaddaşında həmişəlik qalacaq.

Müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ölkəmizin geosiyasi təlatümlərə sinə gərərək, sabit və ardıcıl inkişafını təmin edir. İnanırıq ki, Sizə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin bilikləriniz, təşkilatçılıq qabiliyyətiniz dövlətimizin başçısı tərəfindən həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirməyinizə kömək göstərəcək.

Hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayırıq!

1news.az

Paylaş:
11597

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər