Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq

15:30 - 22 / 02 / 2017
Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq

Rusiyanın sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov  V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş forumun “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel iclasında G.Burbulisin çıxışı nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, G.Burbulis SSRİ-nin və Rusiyanın dövlət xadimi, 1990-92-ci illərdə Boris Yeltsinin yaxın silahdaşı, Rusiya Sovet Federativ Sosialist Respublilasının ilk və son dövlət katibi olub, həmin dövrdə Rusiyanın siyasətinə böyük təsir göstərib. 

V.Trubnikov isə 1992-1996-cı illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun müavini olub, Yevgeni Primakovun ölümündən sonra 2000-ci ilə qədər bu xidmətə rəhbərlik edib. 2000-ci ildə isə xarici işlər nazirinin MDB işləri üzrə müavini təyin olunub, 4 il bu vəzifədə işləyib. V.Trubnikov həmin dövrdə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Qarabağ danışıqlarında yaxından iştirak edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda dünyanı narahat edən qlobal məsələlər - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi məslələr müzakirə ediləcək.

1news.az

Paylaş:
417

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər