Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi – bütün Azərbaycan qadınları üçün gözəl nümunədir | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi – bütün Azərbaycan qadınları üçün gözəl nümunədir

14:58 - 22 / 02 / 2017
Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi – bütün Azərbaycan qadınları üçün gözəl nümunədir

Fevralın 21-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. 

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

“Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz hamı Mehriban xanım Əliyevanı görürdü.

Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq”, - bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində qeyd edib.

1news.az-a Milli Məclisin deputatı Aytən Mustafazadənin bildirdiyinə görə, bu, cəmiyyətimizdə gözlənilən addım idi. Belə ki, Mehriban Əliyeva uzun illərdir ki, böyük ictimai-siyasi fəaliyyət aparır:

“Mehriban Əliyevanın mədəniyyət, səhiyyə, bir sıra sosial layihələrin həyata keçməsində, eləcə də fiziki cəhətdən qüsurlu insanlara dəstəyi göz önündədir”.

O, qeyd etdi ki, Mehriban Əliyeva beynəlxalq ictimaiyyətə Azərbaycanın qədim və zəngin mədəniyyəti, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatrıdılmasında böyük işlər görüb:

“Bu, uzun illər Mehriban xanımın həyata keçirdiyi çoxtərəfli və vətənpərvərlik işidir. Bütün bunlar təkcə gənclər üçün deyil, həmçinin Azərbaycan xalqı üçün nümunədir. Bunlar gurultulu sözlər deyil. Bu sözlərin arxasında böyük işlər, nəhəng əmək dayanır”. 

Deputat sözlərinə əlavə etdi ki, Mehriban Əliyeva Birinci vitse-prezidenti olduğu müddətdə ölkə prezidentinin irəli sürdüyü siyasətə böyük dəstək göstərəcək:

“İlk dəfə olaraq müsəlman Şərqində, bəlkə də Avropada da qadınlara səs vermək hüququ məhz Azərbaycanda verilib. Mehriban Əliyeva bizim nümunəmiz və fəxrimizdir”.

 “Yeni Azərbaycan”  partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Mehriban Əliyevanın bu vəzifəyə təyini gözləniləndir, eləcə də ölkə cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir:

“Mehriban Əliyeva – dünyaca məşhur ictimai-siyasi xadimdir. O, Azərbaycan həqiqətləri, eləcə də erməni işğalçılarının Azərbaycanın mədəniyyət abidələrinin dağıdılmasının dünya ictimaiyyətinə çatdırlmasında böyük rol oynayıb”.

Onun sözlərinə görə, məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı qəbul edilib ki, bu da 40 mindən çox şəxsi əhatə edib:

“Mehriban Əliyeva Azərbaycanda keçirilmiş bir sıra möhtəşəm tədbirlərin ­ –“Avroviziya, Birinci Avropa Oyunları -  təşkilat komitəsinin sədridir. Həmçinin Mehriban Əliyeva bu il keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının təşkilati komitəsinə rəhbərlik edir. Məhz onun sayəsində dinlərarası və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə, eləcə də multikulturalizm dəyərlərinin qorunub saxlanılmasına töhfələr verilib”.

Həmçinin S.Novruzov Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti vəzifəsilə bağlı fəaliyyətini də vurğulayıb:

“Onun rəhbərliyilə Heydər Əliyev Fondu tərəfindən məktəblər, xəstəxanalar tikilir, mədəniyyət abidələri bərpa olunur. Həmçinin Fond tərəfindən “Xocalıya Əadlət” adlı kampaniya da həyata keçirilir.

Onun sözlərinə görə, Mehriban Əliyevanın dövlət quruculuğunda xidmətləri böyükdür:

“Mehriban Əliyeva ona müraciət edən şəxslərə hər zaman diqqət yetirir”.

İlham Əliyevin Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsilə bağlı sərəncamı siyasi hadisələrin, islahatların daha da uğurla həyata keçirilməsi üçün böyük töhfələr verəcək.

Bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib:

“Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi Azərbaycan qadınınn dünya miqyasında möqveyini daha da möhkəmləndirir. Xalq Azərbaycan prezidentinin islahatlarla bağlı həyata keçirdiyi bütün təşəbbüsləri müsbət qarşılayır.

Yalnız yeni islahatlar hesabına ölkə inkişafın yeni mərhələsinə qədəm qoya bilər. Bu islahatların uğurla həyata keçməsi üçün peşəkar, bacarıqlı və istedadlı kadrlara ehtiyac var. Məhz onlar möhkəmlənmə sistemini uğurla hyata keçirirərək ölkəni irəliyə doğru apara bilər”.

Onun sözlərinə görə, Mehriban Əliyevanın Birinci vitse-prezidenti təyin edilməsi ölkənin ictimai-siyasi həyatnda da vacib hadisədir:

“Daha bir vacib məqam da budur ki, müsəlman ölkəsində bu cür yüksək vəzifəyə qadının təyin edilməsi Azərbaycan qadınının dünyadakı mövqeyini daha da möhkəmləndirir”.

O qeyd edib ki, fəaliyyəti dövründə Mehriban Əliyeva özünü həm peşəkar siyasətçi, həm də dünya miqyaslı ictimai xadim kimi göstərib:

 “Bütün dünya Mehriban Əliyevanı peşəkar ictimai-siyasi, dövlət xadimi kimi qəbul edir. Onun humanitar, sosial, mədəni, təhsil sahəsində, eləcə də bir sıra səhiyyə və layihələrin həyata keçirilməsində etdiyi təşəbbüsləri hər kəsə çox yaxşı tanışdır və öz müsbət həllini tapıb.

Mehriban Əliyeva bu layihələri təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bir sıra ölkəlkərində həyata keçirir. Bu da Azərbaycana dividentlər gətirirək, ölkəmizin dünya arenasında mövqeyinin möhkəmlənməsində xüsusi rol oynayır”.

S.Fətəliyevanın sözlərinə əlavə edib ki, Mehriban Əliyeva özünü humanist siyasi xadim kimi də yaxşı göstərib:

“Məhz onun təşəbbüsü ilə Milli Məclis Amnistiya haqqında akt qəbul edərək on minlərlə insanın azadlığa çıxmasına səbəb oldu. Məhz onun həyata keçiridiyi sosial və tibb sahəsindəki layihələr hesabına minlərlə xəstəyə, sağlamlıq problemi olan insanlara yeni həyat bəxş edildi. Mehriban Əliyeva – bu vəziyəfə lahiq insandır.

Azərbaycan Prezidenti İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı öz seçimini izah edib:

“Bu gün mənim Sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır.

Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.

Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır.

Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.

Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram”.

1news.az

Paylaş:
2767

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər