Sevinc Fətəliyeva: Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb

11:10 - 21 / 02 / 2017
Sevinc Fətəliyeva: Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb

Azərbaycan təkcə iqtisadi sahədə deyil, digər sferalarda da dünya üçün etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə siyasi sabitlik var, eyni zamanda, respublikada hər cür demokratik azadlıqlar bərqərar olub.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, dünyada insan hüquq və azadlıqlarına dair başlıca dəyərlər hesab olunan etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsin qanun qarşısında bərabərliyi, söz, mətbuat, vicdan azadlığı, demokratik siyasi sistem, vətəndaş cəmiyyəti institutlarının geniş şəbəkəsi artıq respublikamızda formalaşıb.

Onun sözlərinə görə, Azərbaycandakı demokratik inkişafı ölkə əhalisi ilə yanaşı, beynəlxalq ictimaiyyət də görür və dəyərləndirir:

“Bütövlükdə, Azərbaycan insan hüquq və azadlıqlarının təmin olunmasına, vətəndaşların informasiya əldə etmək və yaymaq imkanlarının sərbəstliyinə və genişliyinə görə hətta bir sıra dövlətlər üçün nümunə də ola bilər. Azərbaycanın demokratik inkişaf yolunda inamlı addımları ölkəmizin BMT, Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT, YUNESKO və digər beynəlxalq təşkilatlarla möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına da imkan yaradıb.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə təsir göstərən amillər içərisində, heç şübhəsiz, respublikamızın demokratik azadlıqlar sahəsində əldə etdiyi nailiyyətlərin də böyük rolu olub. Beynəlxalq təşkilatlarla əlaqələr çərçivəsində müxtəlif dövlətlərin demokratiya institutları sahəsində təcrübəsindən yararlanan Azərbaycan özünün demokratik inkişaf modelini formalaşdırıb”.

1news.az

Paylaş:
707

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13
Bütün xəbərlər