ABŞ səfiri Goranboyda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ səfiri Goranboyda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib - FOTO

21:03 - 21 / 02 / 2017
ABŞ səfiri Goranboyda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib - FOTO

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta və xanımı Anna Sekuta fevralın 21-də Goranboy rayonunun Goranlı kəndində və xocalılı məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində olublar.

1news.az Azərtac-a istinadən xəbər verir ki, ABŞ səfiri əvvəlcə rayon icra hakimiyyətinə gəlib.

Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev qonağa Goranboyun sosial-iqtisadi inkişafı, eləcə də son illər burada həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Sonra Robert Sekuta Goran kəndinə gələrək buradakı kitabxanaya dünya və Azərbaycan klassiklərinin əsərlərindən ibarət ədəbiyyatlar, həmçinin uşaqlar üçün nəzərdə tutulan müxtəlif adda kitablar hədiyyə edib.

Bildirilib ki, Goranlı kəndində fəaliyyət göstərən kitabxana və tibb məntəqəsi Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə maliyyə dəstəyi ilə SEDA proqramı çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Şərq-Qərb İdarəçilik İnstitutu, “Ümid” İctimai Birliyi, Goranlı icmasının üzvləri, yerli bələdiyyə və dövlət qurumları tərəfindən birgə əməkdaşlıq çərçivəsində inşa olunub.

Daha sonra Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılı məcburi köçkünlərlə görüşən səfir Robert Sekuta qəsəbə sakini, şəhid ailəsi Ramiz Nəsirovun evində qonaq olub. Xocalı soyqırımının şahidlərinin də iştirak etdiyi görüşdə qonaqlara Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov faciə haqqında ətraflı məlumat verib.

Xocalı sakini Ramiz Nəsirov, eləcə də faciənin digər şahidləri qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən şəhərin bütün sakinləri kimi onların da valideynləri, ailə üzvləri və yaxın qohumları amansızlıqla soyqırımına məruz qalıb. Müdhiş gecənin dəhşətlərindən danışan şahidlər həmin günü onların da erməni silahlıları tərəfindən amansız işgəncələrə məruz qaldıqlarını və yalnız təsadüf nəticəsində bu faciədən sağ çıxdıqlarını bildiriblər.

Prezident İlham Əliyev tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirən Xocalı sakinləri təəssüflə qeyd ediblər ki, 25 il əvvəl erməni millətçiləri tərəfindən həyata keçirilən qanlı faciəni bir sıra ölkələr hələ də soyqırımı aktı kimi qəbul etməyiblər. Lakin Azərbaycanın siyasi-iqtisadi qüdrəti artdıqca ölkəmizin haqq işinə cavab verən və Xocalı soyqırımını tanıyan dövlətlərin də sayı ildən-ilə çoxalır.

Xocalı soyqırımının şahidlərini dinləyən Robert Sekuta belə bir faciənin baş verməsindən keçirdiyi dərin təəssüf hisslərini ifadə edib.

Sonda ABŞ səfiri və xanımı qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

1news.az

 

Paylaş:
655

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər