Arye Qut: İŞİD terrorçularının əsirlərlə rəftarı erməni terrorçuların Xocalı sakinləri ilə rəftarını xatırladır | 1news.az | Xəbərlər
Siyasət

Arye Qut: İŞİD terrorçularının əsirlərlə rəftarı erməni terrorçuların Xocalı sakinləri ilə rəftarını xatırladır

17:43 - 21 / 02 / 2017
Arye Qut: İŞİD terrorçularının əsirlərlə rəftarı erməni terrorçuların Xocalı sakinləri ilə rəftarını xatırladır

Moldovanın paytaxtı Kişinyovdakı “Kedem” Yəhudi Mədəniyyət Mərkəzində Xocalı soyqırımın 25 illiyinə və Təl-Əvivdə nəşr olunmuş “Ağrı” adlı bədii-sənədli romanın təqdimatına həsr edilmiş tədbir keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, israilli müəlliflər Əmir Qut və Arye Qutun yazdığı bu kitabda Xocalıda törədilmiş soyqırımı aktının dəhşətli səhifələri əks olunub.

Tədbir “Kedem” Yəhudi Mədəniyyət Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovadakı nümayəndəliyi tərəfindən təşkil edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Belarus, Rumıniya və Polşadakı nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu tədbiri açaraq vurğulayıb ki, Xocalıda Azərbaycan xalqına qarşı soyqırımının tanınması Xocalı faciəsi üzrə beynəlxalq tribunal yaradılması və bəşəriyyətə qarşı törədilmiş bu ağır cinayətin bilavasitə iştirakçılarının və təqsirkarlarının beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsi prosesində mühüm mərhələdir.

Aureliya Qriqoriu deyib: “Sağlam düşüncəli bütün insanlar Xocalı qətliamını tanımalı, beynəlxalq ictimaiyyət isə bu hadisələrdən ibrət dərsi almalıdır. Artıq bir neçə ildir ki, o dəhşətli hadisələr ətrafında informasiya blokadası aradan qaldırılıb. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası mühüm rol oynayıb”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı beynəlxalq qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut öz çıxışında qeyd edib ki, Azərbaycan faşistlərin insana nifrətindən xilas olmuş minlərlə avropalı yəhudi üçün əvvəlcə sığınacaq, sonra isə əsl Vətən olub. Arye Qut vurğulayıb: “XX əsrin sonunda və XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə məhv edilməsi və qətlə yetirilməsi mənəvi, əxlaqi və siyasi kolliziyaların dönüş nöqtəsi kimi, bütün başqa problemləri əhatə edir. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktı şəxsən mənim üçün də ağrı-acı, şəxsi faciədir.

Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtə deyil, qat-qat artıq məna kəsb edir. Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhər adları qəddarlığın və qeyri-insani rəftarın rəmzinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad əlavə olundu – Azərbaycanın Xocalı şəhəri. Xocalı faciəsi bütün bəşəriyyətə qarşı cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmayan sakinlərdən heç birinə rəhm etməyiblər. Erməni silahlı dəstələrinin törətdiyi vəhşilik nəticəsində 613 nəfər öldürülüb, 487 adam şikəst olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir düşərək dəhşətli əzab-əziyyətə, təhqirlərə və alçaldılmağa məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə qırılmasının yalnız bir səbəbi vardır – bu adamlar hamısı azərbaycanlılar idi.

Mən soruşuram: indiki erməni faşistləri XX əsrin 40-cı illərində mənim mənsub olduğum xalqın 6 milyon nümayəndəsini məhv etmiş alman faşistlərindən nə ilə fərqlənir? Cavab aydındır – heç nə ilə. Bu gün İŞİD dəstələri əsir düşənlərin başlarına gətirdiyi müsibətləri 1992-ci ildə Xocalıda erməni terrorçuları bəzən daha pis şəkildə ediblər.

Bu il mənim təzə bir kitabım çapdan çıxıb. Həmin əsərin həmmüəllifi atam Əmir Qutdur. Atam Azərbaycanda yaşayarkən xidməti vəzifəsi ilə əlaqədar tez-tez Qarabağda ezamiyyətdə olurdu. Atamdan eşitdiyim söhbətlərdən, mən özüm erməni əsirliyində olmuş azərbaycanlılarla şəxsən görüşəndən sonra Xocalı haqda kitab yazmağı qərara aldım. Bu kitab yazılana qədər atam söyləyirdi ki, bütün bunları öz gözü ilə görüb, Qarabağda gördüyü hadisələr onun yaddaşına həkk olunub, həmin hadisələr barədə xatirələr onu gecələr yatmağa qoymurdu. Atam deyirdi ki, qəlbində bir ağırlıq hiss edir. Mən ona dedim ki, gördüklərini bir məqalədə şərh etsin. Amma nəticədə bütöv bir kitab alındı. Mən vaxtilə erməni əsirliyində olmuş azərbaycanlılarla şəxsən görüşəndən sonra bu kitabın həcmi artdı. Bilirsinizmi, keçmiş əsirlər mənə çox dəhşətli, utanc gətirən hadisələr danışıblar. Bir də onu deyirdilər ki, əsirlikdə gördüklərinin hamısını danışmağa xəcalət çəkirlər”.

Tədbir çərçivəsində Arye Qut öz atası Əmir Qut ilə şərikli müəllif kimi yazdığı, Xocalı soyqırımı hadisələrinə həsr edilmiş “Ağrı” adlı bədii-sənədli romanı təqdim edib. Romanın müəllifləri müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub olan, fərqli mühitlərdə və fərqli şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşmüş iki gəncin romantik sevgi tarixini təsvir edirlər.

Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva yazır ki, romanın qəhrəmanı Röya 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı aktının canlı şahididir. Məhsəti Əliyeva vurğulayır: “Röyanın ailəsi doğma yurdundan qaçqın düşüb, çox itkilərlə, mənsub olduğu xalqın zorla cəlb edildiyi müharibənin dəhşətləri ilə üzləşib. Röya böyüyəndən sonra salamat qalmış həmyerlilərinin itkin düşmüş doğmalarını və yaxınlarını axtarıb tapmalarına kömək etməyi qərara alır. O, həmin hadisələr barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün var gücü ilə çalışır”.

Tədbir iştirakçıları qeyd ediblər ki, jurnalist, ekspert və yazıçı Arye Qutun söylədikləri “Kedem” yəhudi mədəniyyət mərkəzindəki tədbirdə iştirak edən hər kəsin qəlbini sarsıdıb.

Bu faciənin qəddar və amansız səhnələri hər bir azərbaycanlının qəlbində həmişəlik yara kimi qalacaq. Cinayət cəzasız qalmamalıdır: “Biz qisas barədə arzu etmirik. Bizim istəyimiz başqadır: bizim ağrımızı yalnız ədalət azalda bilər”.

1news.az

Paylaş:
574

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər