Generalların Bakı görüşü: Qafqazın sülh və barış məkanı – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Generalların Bakı görüşü: Qafqazın sülh və barış məkanı – Newtimes.az

16:25 - 21 / 02 / 2017
Generalların Bakı görüşü: Qafqazın sülh və barış məkanı – Newtimes.az

Azərbaycan paytaxtında Amerika və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü ciddi hadisə hesab olunur. Generallar bu və ya digər lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparıblar. Ekspertlər və siyasətçilərin diqqətini də daha çox məhz bu məqam çəkib. İki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil.

Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilib. Bu o deməkdir ki, geosiyasi proseslərin dinamikasında daha böyük önəm kəsb etməyə başlayan postsovet məkanı hadisələrin mərkəzinə çevrilə bilər. Eyni zamanda, Qafqaz subregionunda etibarlı və sivil ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqamın regional və qlobal siyasətə, təhlükəsizlik sisteminin formalaşdırılmasına ciddi təsir edəcəyini düşünürük.

Xarici siyasət: kurs düzgün seçiləndə...

Dünya kütləvi informasiya vasitələrinin və ekspertlərin Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakı görüşünə marağı böyük olub. Onlar Cozef Danfordla Valeri Gerasimovun məhz Azərbaycan paytaxtında bir araya gəlməsinin arxasında geosiyasi faktorların dayandığına əmindirlər və məhz məsələnin bu aspekti üzərində geniş dayanırlar. Burada diqqəti çəkən faktorlar sırasında hazırda qlobal geosiyasi məkanda baş verən proseslərin məzmunu da az rol oynamır. Buna əlavə olaraq, son zamanlar ABŞ-Rusiya münasibətlərinin dünya siyasəti üçün daha çox önəm kəsb etməsini demək olar.

Bu iki amilin işığında generalların Bakı görüşü həqiqətən ciddi və prinsipial əhəmiyyətli hadisədir. Əvvəlcə, onu deyək ki, indi qlobal geosiyasi mühitdə vəziyyət mürəkkəbdir. Bunu demək olar ki, hər bir ekspert vurğulayır. Qərb və Rusiya müxtəlif regionlarda qarşı-qarşıya gəliblər. Bir sıra mütəxəssis proseslərin dünyanı yeni "soyuq müharibə"yə sürükləyə biləcəyindən bəhs edirlər. Digər tərəfdən, ABŞ-Çin və ABŞ-İran münasibətləri də gərgindir. Tərəflər bir-birlərini ittiham etməkdədirlər.

Bu kontekstdə Rusiya faktoru qlobal geosiyasət üçün daha çox önəm kəsb edir. Yaxın Şərq və Şərqi Avropada (əsas olaraq Ukraynada) hadisələrə daha güclü təsir edən iki qüvvədən biri Rusiyadır. Bu səbəbdən ABŞ-Rusiya münasibətlərinin taleyi hamını maraqlandırır. Həmin məsələ Donald Trampın prezident seçilməsi ilə yeni məzmun kəsb etməyə başlayıb. Çünki D.Trampın Amerika siyasətinin ruhunu dəyişəcəyinə inanırlar. Ayrıca, onun Rusiyaya daha isti yanaşdığını deyirlər. Bütün bunların fonunda qlobal siyasətin hazırkı mərhələdə taleyini ilk növbədə ABŞ-Rusiya münasibətlərinin müəyyənləşdirəcəyi qənaəti var. Belə bir məqamda amerikan və rus generalların Bakıda müzakirələr aparması Azərbaycanın qlobal geosiyasətdəki yerini və nüfuzunu göstərməkdədir.

Məsələnin daha mühüm tərəfi müzakirə edilən mövzularla əlaqəlidir. Bakıda C.Danford və V.Gerasimov indiki mərhələdə dünyanın bütün aktual geosiyasi-hərbi problemləri haqqında fikir mübadiləsi aparıblar. Buraya Suriya, Ukrayna, Əfqanıstan, İran, Mərkəzi Asiya, Avropa, Şimali Afrika ilə bağlı məqamlar daxildir. Şübhəsiz ki, Suriya və Ukrayna burada xüsusi yer tutur, İran məsələsi də olduqca vacibdir. Tərəflər bu problemlərin həlli üçün hərbi sahədə əməkdaşlıq imkanlarını da araşdırmağa çalışırlar.

Deməli, ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Azərbaycan paytaxtında dünyanın təhlükəsizlik aspektində taleyini həll edə biləcək məsələləri masaya qoyublar. Bu, adi hadisə deyil və onun çoxlu izahları var. Onların kökündə Azərbaycan rəhbərliyinin illərdir apardığı qətiyyətli, əsaslı və müstəqil xarici siyasət kursu dayanır. Konkret faktlarla bunu sübut edə bilərik.

Keçən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasət kursunu müəyyənləşdirərkən sülh, barış, davamlı inkişaf kimi məsələləri ön plana çəkdi. 1994-cü ilin sentyabrında Ulu öndər BMT-dəki tarixi çıxışı zamanı sülh və əməkdaşlığa aparan yolla irəliləməyi xüsusi qeyd etdi. Heydər Əliyev həmin nitqində Azərbaycan Respublikasının mövcud siyasi-iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan edib.

Varislik və təşəbbüskarlıq: Azərbaycan Prezidentinin uzaqgörənliyi

Bundan bir il sonra – 1995-ci il oktyabrın 22-də Ümummilli lider BMT-nin 50 illiyi münasibətilə Baş Məclisdə ikinci çıxışında bu təşkilatın dünya üçün əhəmiyyətini vurğulayaraq, ayrıca ifadə edib: "Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik".

Ən əhəmiyyətlisi odur ki, Ulu öndərin həmin prinsipləri Azərbaycanın xarici siyasət kursunun məzmununda prioritet yer tutdu və rəsmi Bakı bütün fəaliyyətində ona dəqiq əməl etdi. Heydər Əliyev Qərbin bütün böyük dövlətlərinə səfərlər edərək konstruktiv və bərabərhüquqlu əməkdaşlıq qurdu. Bu səmimi məqsədini hər addımında konkret əməli ilə sübut etdi. Bununla da Vaşinqton, London, Berlin, Roma, Brüssel, Paris Azərbaycana etibarlı tərəfdaş kimi yanaşmalı oldu. Bu gün Bakıda iki qüdrətli dövlətin generalının dünyanın təhlükəsizlik məsələsini müzakirə etməsinin kökündə duran əsas faktor bundan ibarətdir.

Sonra, məhz Ulu öndər Rusiya ilə münasibətlərə yeni məzmun və dinamika verdi. Heydər Əliyevin təklifi və təkidi ilə Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin yeni səviyyəyə qaldırılması zərurətini anladı, bunun hər iki ölkə üçün faydası olacağını dərk etdi. Bunu Rusiya Prezidentinin özü də həmişə etiraf edir. Bu gün Rusiya rəhbərliyinin dünyanın aktual problemlərini müzakirə etmək üçün ən yaxın müttəfiqi bəyan etdiyi (əslində isə forpostu) Ermənistana deyil, Azərbaycana üstünlük verməsində bunun, heç şübhəsiz, əvəzsiz rolu vardır.

Beləliklə, Ulu öndər fəaliyyəti dövründə dünyanın böyük gücləri ilə tarazlı əməkdaşlıq formatı qura bildi. Sonrakı mərhələdə Prezident İlham Əliyev məsələyə yaradıcı yanaşaraq onu yeni tələblər səviyyəsinə qaldırdı. Azərbaycanın xarici siyasət kursunun prioritetləri XXI əsrin çağırışlarının məzmununa uyğun yeni çalarlar əldə etdi. Bu sırada İlham Əliyevin beynəlxalq təşkilatlardakı dərin məzmunlu çıxışları ciddi rol oynadı. Konkret fəaliyyətdə də çoxlu sayda faktorlar var ki, onları ayrıca qeyd etmək olar. Məsələn, "Bakı prosesi" dünyada dialoqa, sülhə, əməkdaşlığa və barışa səsləyən konkret formatdır. Bu formatda dünyanın tanınmış siyasətçiləri, elm adamları, diplomatları, jurnalistləri Bakıda fikir mübadiləsi aparır, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun yollarını axtarırlar. Və budur, iki general Bakıda dialoq qura bildilər!

İlham Əliyev regionun lider dövlətinin Prezidenti kimi yeni ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. Dünyanın böyük siyasi liderləri etiraf edirlər ki, rəsmi Bakının irəli sürdüyü bu təşəbbüslərin qlobal təhlükəsizliyə və bərabərhüquqlu əməkdaşlığa töhfəsi çox ciddidir. Həmin sırada keçən ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin tarixi görüşünü qeyd etmək olar. Bu hadisə göstərdi ki, Azərbaycan böyük dövlətlərin başçılarının konstruktiv müzakirələrini təşkil edə bilər və nəticə də alınar.

Bütün bunlar ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüş üçün Bakını seçmələrinin ciddi səbəblərinin olduğunu göstərir. Azərbaycan dövləti öz təcrübəsi ilə buna layiq olduğunu sübut edib. Həmin həqiqət prizmasından baxdıqda, Bakı görüşü həm də rəsmi İrəvana, ATƏT-in Minsk qrupuna bir mesajdır. Konkret ifadə etsək, Azərbaycan nümayiş etdirir ki, müstəqil dövlətdir, sülh və barış onun xarici siyasətinin məzmunundadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yalnız həmin prinsiplərə söykənərək nail olmağa çalışır. Əsas maneə isə bunu qəbul etməyən Ermənistandır. İndi bu vassal ölkənin havadarları düşünsün: ədalətimi, yoxsa haqsızlığı seçmək daha faydalı olar?

Newtimes.az

Paylaş:
653

Son xəbərlər

Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20
Bütün xəbərlər