Seymur Hüseynov: Gənclərimiz Xocalı soyqırımının dünyaya tanıdılması üçün bütün potensialını ortaya qoymağa hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Seymur Hüseynov: Gənclərimiz Xocalı soyqırımının dünyaya tanıdılması üçün bütün potensialını ortaya qoymağa hazırdır

12:19 - 20 / 02 / 2017
Seymur Hüseynov: Gənclərimiz Xocalı soyqırımının dünyaya tanıdılması üçün bütün potensialını ortaya qoymağa hazırdır

Gənclərimiz Xocalı soyqırımının dünyaya tanıdılması üçün bütün potensialını ortaya qoymağa hazırdır

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Xocalı soyqırımının 25-ci ildönümü barədə müsahibəsi zamanı qeyd edib:

“Artıq 25 ildir ki, Azərbaycan dünya ictimaiyyətinə Xocalı soyqırımının tanınması üçün səslənir. Bu faciə günahsız insanların – uşaqların, gənclərin, qadınların, ahıl qocaların bir an içində yox olmasına səbəb olmuşdur. Hesab edirəm ki, 25 il öncə baş vermiş bu faciə Azərbaycan xalqının, habelə müasir gəncliyimizin həyatında ağır xatirə kimi yadda qalıb. Bildiyimiz kimi, soyqırımın müəllifləri və ünvanı – Ermənistan silahlı qüvvələridir. Ermənistan ordusu həmin gün bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, şəhərin dinc əhalisinə qarşı misli görünməyən qəddarlıq və şiddət göstərmişdir. Xocalı soyqırımı –insanlıq əleyhinə törədilmiş ən qəddar əməllərdən biridir.

Biz, Azərbaycan gəncləri və gənclər təşkilatları dünyanın müxtəlif ölkələrində yaşayan, xarici ölkələrin dövlət qurumlarında, parlamentlərdə, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində çalışan və fəaliyyət göstərən həmyaşıdlarımıza və həmkarlarımıza, ədalətin pozulmasına qarşı çıxanlara müraciət edərək etiraz səsimizə səs verməyə çağırırıq. Hesab edirik ki, bizim səsimiz o fevral gecəsi səslənən səslərə qoşulacaq, hələ də girovluqda olan, lakin fiziki varlığı hər vəchlə gizlədilən ən azı bir kəsin bəlkə də azad olaraq insan kimi yaşamasına təkan verəcəkdir.

Ölkənin 124 gənclər təşkilatını birləşdirən və Azərbaycan gəncliyinin səsi olan Gənclər Təşkilatları Milli Şurası olaraq gənclərimizi bu etiraz səslərinə qoşularaq Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Milli Şura tərəfindən “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə qoşulmağa çağırırıq.

Fəaliyyətlərin məqsədi Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılmasını və gənclərin “Xocalıya Ədalət” kampaniyasına sosial şəbəkələr vasitəsi ilə dəstək olması üçün səfərbər olunmasını təmin etməkdir.

Fəaliyyətlər çərçivəsində sosial şəbəkələrdə əvvəlcədən razılaşdırılmış qaydada və müasir təbliğat alətlərdən istifadə edərək məlumatların yayılması nəzərdə tutulub. Həmçinin fəaliyyətin saytı da artıq öz işinə başlayıb. Gənc fəallar hazırlanmış xüsusi veb-sayt (khojayly.nayora.az) vasitəsi ilə fəaliyyətlər haqqında ətraflı məlumat əldə edə bilərlər. Gənclər saytdan qeydiyyatdan keçərək bizə qoşula və Xocalı həqiqətlərini dünyaya çatdırılmasına dəstək ola biləcək.

Azərbaycan gənclərini məhz onların adından hazırlanan bəyamnaməni əldə edərək müxtəlif beynəlxalq qurumlara göndərərək, həmçinin #justiceforkhojaly#khojalyonline həştəqləri vasiləsilə paylaşımlar edərək, saytda yerləşdirilmiş Facebook və e-poçt ünvanları üçün hazırlanmış örtük şəkilinindən və elektron imzalardan istifadə edərək fəaliyyətə qoşulmağa çağırırıq.

Səsimizi zülmə, haqsızlığa və ədalətsizliyə qarşı birgə ucaldaq!”.

1news.az

Paylaş:
1540

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər