Mübariz Əhmədoğlu: Həmsədrlərin yeni tapıntısı və bəyanatı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Həmsədrlərin yeni tapıntısı və bəyanatı

11:14 - 20 / 02 / 2017
Mübariz Əhmədoğlu: Həmsədrlərin yeni tapıntısı və bəyanatı

Həmsədrlər Münhendə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri ilə ayrılıqda görüşdükdən sonra bu iki ölkənin Xİ nazirləri ilə birgə şam etdilər. Şam yeməyindən sonra bəyanat yaydılar.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Münhendə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü şərh edərkən bildirib:

Bəyanatda tərəflər: 

- təmkinliyə,

- əhalini müharibəyə deyil, sülhə hazırlamağa,

 -1994/95-ci il tarixli razılaşmalara riayət etməyə,

 - çeviklik nümayiş etdirməyə, 

- mümkün qədər tez zamanda dayanıqlı həllə nail olmaq üçün hərtərəfli danışıqların bərpa olunmasına çağırılırlar.

Həmsədrlər:

- Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkənin Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımadığını,

 - 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə bilməyəcəyini,

- Nəticələrin heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirməyəcəyini  bildiriblər.

Bunları nəzərə alaraq bəzi məsələləri təqdim edək:

Ermənistanın eks-prezidenti L.Ter-Petrosyan danışıqların son məzmununu açıqladı. Fəaliyyətdə olan prezident S.Sərkisyan dərhal və cığal uşaq kimi inkar etdi. Təmkindirmi?!

Politoloq qeyd edib ki, Ermənistanın hərbi eskalasiyada marağı var:

“Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal etsə də, işğalın sənədləşdirilməsi istiqamətində heç bir irəliləyiş əldə edə bilməyib. Ona görə Ermənistan qoşunların təmas xəttində hərbi gərginlik yaratmaqla qoşunların təmas xətti mövzusunu daimi aktuallıqda saxlamaqla qoşunların təmas xəttini, koordinatını, coğrafiyasını və s. ATƏT-in Minsk Qrupunun sənədlərində rəsmiləşdirilməsinə nail olmaq istəyir. Ona görə Ermənistan xalqını sülhə hazırlaya bilməz.

Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar daha kəsərli, daha sərtdir. Amma Azərbaycanın bütün addımları ermənilərin hərbi əməliyyatlarına cavab reaksiyası olub.

Ermənistan qoşunlarını yeni təmas xəttinə köçürən kimi hər şey sakitləşəcək. ATƏT-in MQ həmsədrlərinin Ermənistana  aldanması birinci dəfə deyil. Bişkek sənədləri və ATƏT-in Budapeşt sammitindəki razılaşmalar da daxil olmaqla 1994/95-ci il tarixli razılaşmalarını həmsədrlərin açıqlanması çox faydalı olardı.

Həmsədrlərin anlamındakı tənzimlənmə ermənilərin anlamındakı tənzimlənməni inkar edir. Bu səbəbdən Ermənistan real danışıqların əleyhinədir. İmitasiyanın tərəfdarıdır.

Artıq neçənci dəfədir ki, həmsədrlər Dağlıq Qarabağda müxtəlif adda keçirilən prezident, parlament seçkilərinə, referendumlara dair münasibət bildiriblər və hər dəfə də bəyanatda xüsusi olaraq göstərilir ki, bu seçkilər Dağlıq Qarabağın statusunun müəyyən olunmasına təsir edə bilməyəcək. Amma ermənilər yenidən seçkilər və yaxud referendumlar keçirməklə məşğuldur. ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyinə qarşı ermənilərin belə inkarçılığı ATƏT-in Minsk Qrupu tərəfindən hökmən diqqətə alınmalıdır. Diqqətə alınmadığı üçün ermənilər ümid edirlər ki, haçansa tənzimləmədə vəziyyət onların xeyrinə dəyişə bilər. Ermənilər möcüzə gözləyirlər”.

Mübariz Əhmədoğlunun fikrincə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin verəcəyi konkret açıqlamalar müəyyən sosial gərginlikdən başqa bir şey yaratmayacaq:

“Hər halda sosial gərginlik hərbi gərginliyə nisbətən daha az risklidir və daha asan idarə olunandır. Konfidensiallıq Dağlıq Qarabağ münaqişəsi regionunda müharibəyə aparan yoldur. Hərbi gərginlikdən qorxan Minsk Qrupu həmsədrləri bunu bilməlidirlər.

Həmsədrlərin Dağlıq Qarabağdakı referendumla bağlı açıqlamasından bəlli olur ki, Dağlıq Qarabağın statusunu Ermənistanın və Dağlıq Qarabağdakı erməni icmasının təkbaşına, birtərəfli hərəkətləri müəyyən edə bilməz. Həmsədrlərin Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağ azərbaycanlıları olmadan müəyyən olunmayacağını açıq şəkildə bildirməsi çox zəruridir.

Həmsədrlərin yeni komandasının yeni tapıntısı dedikdə yemək stolu ilə danışıqlar stolunun eyni olmasını nəzərdə tuturuq. Ermənistan Xİ naziri E.Nalbandyan danışıq stoluna nisbətən yemək stoluna daha meylli imiş. Ona görə də son dövrlərdə Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkil etdiyi ya yubiley qonaqlığında, ya yola salma mərasimində və yaxud da sadəcə şam yeməyində görüşürlər. Başqa formatda E.Nalbandyan  E.Məmmədyarovla görüşmür. Hər halda həmsədrlər E.Nalbandyanın bu xüsusiyyətini nəzərə alaraq çantalarında yemək gəzdirsələr, Ermənistanın Xarici İşlər Nazirinin Azərbaycan Xarici İşlər Naziri ilə daha effektli danışıqlara nail ola bilərlər. E.Məmmədyarov da cibində peçenye gəzdirsə, bəlkə E.Nalbandyanın inkar mövqeyini dəyişdirə bilər”.

1news.az

Paylaş:
532

Son xəbərlər

Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10
Bütün xəbərlər