XİN: Ermənistanın bu “referendumu” keçirməsi danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistanın bu “referendumu” keçirməsi danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil

16:31 - 20 / 02 / 2017
XİN: Ermənistanın bu “referendumu”  keçirməsi danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil

Azərbaycanın qanunlarına və beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyinə  zidd olaraq Ermənistan tərəfindən siyasi təxribat məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “referendum” keçirilir.

1news.az-ın verdiyi  xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

“Beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan bu qondarma referendumun Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyildir.

Ermənistan tərəfinin bu qanunsuz “referendumu”n kimlərsə tərəfindən müşahidə edilməsi barəsində iddiası gülüncdür. Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən bu qanunsuz “referendumu” müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib.

Ermənistan tərəfindən öz uğursuz və qanunsuz fəaliyyətinə bəraət qazandırmaq üçün bir qrup şəxsin işğal olunmuş ərazilərə fərdi səfəri təşkil olunub. Bu öz fəaliyyəti qanunsuz turizm səfəri də adlandırmaq olar. İlkin araşdırmalarımız onu deməyə əsas verir ki, onların əksəriyyəti adları artıq arzuolunmaz şəxslər siyahısında olan erməni lobbisi və Ermənistanın təsiri altında olan şəxslərdir. Digər bir neçə şəxsin adı dəqiqləşdiriləcək və mütləq qaydada arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Ermənistanın əvvəlki metodundan istifadə edərək kimlərisə aldadaraq işğal olunmuş ərazilərə gətirməsi halları da istisna deyildir.

Ermənistan bu kimi təxribatçı və lüzumsuz əməllərlə məşğul olmaq, özünü və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinin əvəzinə işğalçılıq siyasətinə son qoymalı, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır”.

1news.az

Paylaş:
428

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər