Səməd Seyidov: Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidirlər | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidirlər

23:34 - 23 / 01 / 2017
Səməd Seyidov: Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidirlər

Bu gün AŞPA-nın qış sessiyasının plenar iclasında ölkəmizin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

S.Seyidov bildirib ki, Avropa Şurasında biz öz dəyərlərimizi qorumalıyıq. Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidirlər. Qeyri-hökumət təşkilatları, müxtəlif dairələr Avropa Şurasına öz diktələrini yeritmək istəyirlər. Ancaq Parlament Assembleyası onlara qulaq asıb onların diktəsi altında işləməməlidir.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu məsələ hələ də gündəmdədir. AŞPA prezidenti bu gün açılış nitqində də bunu qeyd edərək bildirib ki, Avropa Şurasından bir alət kimi, ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər və bunun qarşısı alınmalıdır.

“Biz hesab edirik ki, bu gün Parlament Assambleyasında baş verən hadisələr, yəni müxtəlif qeyri-hökumət təşkilatlarının Parlament Assembleyasına Azərbaycanla bağlı göndərdiyi müraciətlər məhz belə məqsəd daşıyır. Onlar çalışırlar ki, Parlament Assembleyası hörmətini itirsin və AŞPA-da parçalanma proseslərinə yol açsınlar. Buna yol verilməməlidir”, - deyə S.Seyidov vurğulayıb.

AZƏRTAC

Paylaş:
559

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər