Mübariz Əhmədoğlu: Ruhani daxili narazılığı nəzərə almadan Dağlıq Qarabağ münaqişəsini tam həll etmək gücündədir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ruhani daxili narazılığı nəzərə almadan Dağlıq Qarabağ münaqişəsini tam həll etmək gücündədir

12:17 - 18 / 01 / 2017
Mübariz Əhmədoğlu: Ruhani daxili narazılığı nəzərə almadan Dağlıq Qarabağ münaqişəsini tam həll etmək gücündədir

İran prezidenti H.Ruhani Ermənistanda olarkən Dağlıq Qarabağ münaqişəsinin hərbi  həllinin olmadığını bəyan etdi. Bu mövqe Ermənistan və İran prezidentlərinin imzaladığı birgə bəyannamədə də təsbit olunub. Analoji mövqe bu iki ölkə prezidentlərinin imzaladığı bütün birgə bəyannamələrdə təsdiqlənib.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində İranın mövqeyini  ilə  bağlı xəbərini şərh edərkən bildirib:

İran üçün Ermənistan və Azərbaycan dost ölkələrdir. İran regionda stabil sülh arzulayır. Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində İranın mövqeyini  beynəlxalq hüquq normaları əsasında balanslaşdırılmış mövqe hesab edir və razıdır. Hər cür sətiraltı mənaları kənara qoyaraq İran və Ermənistan prezidentlərinin rəsmi mövqelərini əsas götürərək Dağlıq Qarabağ  münaqişəsinin sülh və ya qeyri-hərbi yolla tənzimlənməsinə dair 5 variant təklif edirik:

I. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun Tehranda qurulması. Erməni Apostol kilsəsinin Tehran yeparxiyasının başçısı, dəfələrlə Dağlıq Qarabağ ermənilərinə şəxsən yardım aparmış Sepux Sərkisyan vasitəsi ilə bu dialoqu asanlıqla qurmaq olar.

II. Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşadan olan məcburi köçkünlər arasından 50 namaz qılanı müəyyənləşdirmək və bu namaz qılanları cümə günləri həmin rayonların məscidlərində namaz qılmağa aparmaq. Tədricən namaz qılanların sayını artırmaq və bu prosesi daimiləşdirmək.

III. SSRİ vaxtında  Ermənistandan qovulan azərbaycanlıların Ermənistana qaytarılması, Azərbaycanı tərk etmiş ermənilər geri qayıtmaq istəsə İran onların müraciətini müzakirə edə  bilər.

IV. İqtisadi əlaqələrin məqsədyönlü qurulması. Naxçıvan-Məşhəd dəmiryolu işə düşən kimi Ermənistan hökuməti İran-Ermənistan dəmiryolu tikintisinin direktorluğunu ləğv etdi. Nordüz-Mehri sərhəd keçidindən birgə istifadə ilə bağlı müqavilədən imtina edib, yenidən “Araz” AİZ-i dirçəltmək  Dağlıq Qarabağ  münaqişəsinin siyasi-diplomatik yolla tənzimlənməsi kontekstindən çox faydalıdır.

V. Azərbaycan hərbçilərinin İran ərazisi vasitəsi ilə işğal olunmuş Araz qırağı ərazilərdə dislokasiya olunmasına şərait yaratmaqla Tehran Ermənistanı sülh yolu ilə tənzimləməyə daha aktiv edə bilər.

Müsəlmanların təzyiq altında qalmasında maraqlı olan böyük güclər Dağlıq Qarabağı Azərbaycandan almazdan əvvəl Bəhreyni İrandan ayırdılar.

Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş torpaqlarına münasibətdə  İran daxilində kimin kim olduğu barədə məlumatlıyıq. Prezident H.Ruhaninin komandası yuxarıda sadalananları da nəzərə almaqla Dağlıq Qarabağ münaqişəsini tam həll etmək gücündədir. İranın daxilində olan səlahiyyətli azərbaycanlıların və  sağlam dini düşüncəli nüfuzlu şəxslərin Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində Ruhaniyə dəstək verməsi regional kontekstdə gələcəyə hesablanmış çox mühüm strateji addımdır.

Görünür, İranın isə siyasi hesablamalarla problemi var. ABŞ prezidenti B.Obamanın 8 illik hakimiyyətinə İranın verdiyi reaksiya bunun ən bariz nümunəsidir. Prezidentliyin son dövründə B.Obama İranı açıq-aşkar müdafiə etdi. İsrailin əleyhinə qətnamə qəbul etdirə bildi. B.Obama hakimiyyətdə olduğu 8 il ərzində elə bu siyasəti aparırdı. İran əgər Obamanın siyasətini vaxtında düzgün hesablasaydı, indi fərqli nəticələr əldə etmişdir.  İranın düzgün siyasi hesablama apara bilməməsi onun Azərbaycanın işğal altında olan torpaqlarına münasibətdə də özünü göstərir.

İndi İranın səhv etməyə ixtiyarı yoxdur. Türk və Ərəb dünyasında, o cümlədən dünyada İran prizmasından çox ziddiyyətli proseslər gedir.

Azərbaycan 100 il bundan əvvəl müsəlman dünyasında ilk müasir dövlət qurdu. Türkiyəyə dövlət qurmağın ideologiyasını verdi, yolunu göstərdi. İndi Azərbaycan böyük mənada regionun yenilənməsində öndə olmaq imkanına malikdir. İran bunu düzgün  qiymətləndirsə, ilk növbədə özü üçün faydalıdır.

Ağdərə ərazisinin bir qisminin qaytarılması Azərbaycana əlavə diplomatik və hərbi resurslar yaradır.

2016-cı ilin aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də Azərbaycanın təkbaşına böyük hərbi-siyasi qələbə etməsidir. Heç kəs Ermənistanı müdafiə etmədi. Ermənistanın hərbi imici və siyasi müttəfiqləri barədə yaratdığı miflər dağıldı. Amma bu gün Ermənistan ictimaiyyətində baş verənlər yeni müharibənin labüdlüyünü göstərir. Ermənilər az və ya çox torpaq itirdiklərini etiraf edirlər, silahlarının köhnə olduğunu boyunlarına alırlar. S.Sərkisyan Dağlıq Qarabağda Ermənistandan gəlmiş ziyalılarla görüşdə Ermənistan ordusunun problemlərinin çox olduğunu bəyan etdi. Buna baxmayaraq erməni təbliğatı aprel döyüşlərində qələbə qazandıqlarını iddia etməyə başlayıb. Erməni psixologiyası dörd günlük aprel döyüşlərinin əsas səbəbi idi. Bu psixologiyanın təsiri altında Ermənistanın Müdafiə Nazirliyi 2015-ci il ərzində Ermənistan üçün yeni hərbi konsepsiya hazırladı.

Bu konsepsiyanı ABŞ və NATO-nun mütəxəssisləri ilə müzakirə etdi. “Statik müdafiədən imtina edilib, cilovlama və ya ram edilmə” konsepsiyasına keçmək məsələsi barədə qərar NATO-da 2016-cı ilin fevralında Ermənistanın müdafiə nazirinin müavini D.Tonoyanın iştirakı ilə müzakirədən sonra qəbul edildi. Konsepsiya Azərbaycanın kəmiyyət üstünlüyünü Ermənistanın keyfiyyətli fəaliyyəti ilə neytrallaşdırmaqdan ibarət idi. Bu artıq müharibəyə çağırış idi. Nəhayət ki, ermənilərin təxribatları cavabsız qalmadı. Aprel döyüşləri Dağlıq Qarabağ tənzimlənməsini Suriya və Ukrayna prosesləri ilə bir sıraya qoydu. Bu göstərir ki, ATƏT MQ həmsədr ölkələrini fəallaşdıran ən vacib mexanizm müharibədir.

Dörd günlük aprel döyüşlərində Azərbaycan ordusu xeyli ərazi işğaldan azad etdi və işğaldan azad etdiyi ərazidən qat-qat çox əraziyə nəzarət imkanına sahibləndi. Amma bu ərazilərin içərisində işğaldan azad edilmiş bir qisim Ağdərə ərazisi xüsusi diplomatik və hərbi çəkiyə malikdir. Ağdərə Dağlıq Qarabağ Muxtar vilayətinin inzibati ərazisinə daxildir. Danışıqlar zamanı Ağdərə və DQMV-nin inzibati ərazisindən götürülmüş digər torpaqlar Kəlbəcər və Laçın mövzusunda aparılan danışıqların yeni məcraya yönəldəcəkdir. Eyni zamanda Ağdərə ərazisindən Kəlbəcərədək gedib çıxmaq mümkündür. Bu isə əlavə hərbi vəziyyət deməkdir.

Bəzi erməni ekspertləri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın mövqeyini düzgün başa düşüblər. Uzun müddətli regional inkişafa və sabitliyə nail olmaq üçün erməni işğalçılığının kökü tamamilə kəsilməlidir. Erməni işğalçılığının kökü Dağlıq Qarabağda deyil.

2016-cı ildə Dağlıq Qarabağ tənzimlənməsinə Gürcüstanın cəlb olunması, Mərkəzi Asiyanın marağı artıb

2016-cı ildə Könüllü və ya məcburiliyindən asılı olmayaraq Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsinə aktiv cəlb olunub:

I. Dağlıq Qarabağ münaqişəsi regionunda dörd günlük müharibə Gürcüstanın rəhbərliyində və ictimai-siyasi mühitində qorxuya söykənən aktivlik yaratdı: Qarabağdakı müharibə hər an Gürcüstanın ərazisinə keçə bilər. Y.Kellinin bu məsələdə Gürcüstanın  o zamankı müdafiə naziri T.Xidaşeli ilə təmasda olmasını etiraf etməsi xüsusi diqqət çəkir.

Dörd günlük müharibə zamanı T.Xidaşeli informasiya siyasəti sahəsində məhz Ermənistanın Müdafiə Nazirliyinin köməkçisi qismində çıxış etdi.

II. Gürcüstanın paytaxtı Tbilisidə İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin başçısı F. Lombardinin təşəbbüsü ilə ATƏT PA –dakı İsveçrə, Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirildi.

III. Ermənistan-Gürcüstan sərhədinin Sadaxlo sektorunda elektron monitorinqin idarə olunma sistemi istifadəyə verildi. Açılış mərasimində Gürcüstanın daxili işlər naziri Q.Mqebrişvili, ABŞ-ın Gürcüstandakı səfiri Y.Kelli, ABŞ-ın birgə hərbi təhlükələri azaldılması üzrə Agentliyinin direktoru Elizabet Corc, Gürcüstan daxili işlər nazirinin müavini, Gürcüstanın sərhəd polisinin rəisi Zurab Qamezardaşvili iştirak etdilər. Bu elektron monitorinq mərkəzinin mühüm siyasi təyinatı var: ABŞ Ermənistanı real olaraq Gürcüstan üçün hərbi təhlükə kimi qəbul edir.

Ermənistan uzun müddət sərhədin Sadaxlo sektorunda məhz Gürcüstan vətəndaşı olan azərbaycanlıları həbs edirdilər. Guya sərhədi pozublar. Delimilitasiya və demarkasiya olunmamış sərhədin pozulmasını yalnız ermənilər “müəyyənləşdirə bilir”. Gürcüstan vətəndaşı olan azərbaycanlıları incitməkdə Ermənistanın əsas məqsədi Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmaq idi. ABŞ Ermənistanın belə siyasətini Gürcüstana, eləcə də bütün Gənubi Qafqaza təhlükə kimi qəbul etdiyini nümayiş etdirdi və qarşısını almaq üçün vacib tədbir gördü.

IV. Ermənistanın İran qazının tranziti ideyasını Gürcüstan rədd etdi. Bu ideya Dağlıq Qarabağ mövzusu kontekstindən antiAzərbaycan mahiyyətli idi.

Hadisələrin gedişi yaxın gələcəkdə Gürcüstanın Dağlıq Qarabağ mövzusuna qoşulmasını daha da artıra bilər.

Mərkəzi Asiya regionu ölkələridə əvvəlki illərlə müqayisədə Dağlıq Qarabağ mövzusuna maraq dəfələrlə artıb.

Region mətbuatında etnik erməniləri nisbi çoxluğuna baxmayaraq Dağlıq Qarabağ mövzusunda obyektiv materiallar prioritet təşkil edib.

Regionun dövlət başçıları və rəsmiləri  Dağlıq Qarabağ münaqişəsi kontekstində yalnız Azərbaycanın ərazi bütövlünü dəstələyiblər. Qazaxıstanın, eləcə də Qırğızıstanın  aktivliyi diqqət çəkir.

1news.az

Paylaş:
646

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər